“Qadınları donuz və it adlandırırdı” - Ilk debatda ŞOK İTTİHAMLAR
Bizi izləyin

Dünya

“Qadınları donuz və it adlandırırdı” - Ilk debatda ŞOK İTTİHAMLAR

Xəbər verildiyi ki, dünən ABŞ prezidentliyinə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton arasında ilk teledebat baş tutub.

Publika.az “Reuters” agentliyinə istinadən namizədlərin debatda ən maraqlı fikirlərini təqdim edir.

Qısa proqram çıxışlarından sonra namizədlər iqtisadiyyat mövzusuna keçiblər.

“Biz hər kəsin işləyəcəyi iqtisadiyyatı qurmalıyıq”, - Klinton deyib. Qadın prezidentliyə namizəd amerikalılara artan gəlirlərlə yaxşı iş yerləri, maaşların artımı və işləyən qadınlar üçün bərabər ödəniş zəmanəti söz verib.

Klinton həmçinin bildirib ki, seçiləcəyi halda xəstəliyə görə məzuniyyət və uşağa qulluq da daxil olmaqla ailələrə ayrılan sosial xərcləri yüksəltmək niyyətindədir.

Tramp dərhal öz kartını çıxarıb. O, ölkədən qaçan Amerika şirkətlərini qaytaracağına söz verib. “Mənim planıma əsasən, vergiləri ciddi azaldacağam – böyük və kiçik biznes şirkətləri üçün 35 faizdən 15 faizə qədər. Bu, iş yerlərinin artmasına imkan verəcək. Bunu ABŞ Reyqanın (1980-ci illərdə ABŞ prezidenti) vaxtlarından görməyib”, - o, söz verib.

Tərəflər daha sonra bir-birinin planlarını tənqid etməyə başlayıb.

“Trampın planı icra edilərsə, biz 3,5 milyon iş yeri itirəcəyik”, - Klinton deyib. O, qeyd edib ki, onun planı on milyon yeni iş yeri yaratmağa kömək edəcək.

Cavabında Tramp bildirib ki, onun rəqibi ötən 30 il ərzində ABŞ-ın iqtisadi problemlərinin həllərini tapmayıb: “Siz 30 il bununla məşğul olurdunuz. Niyə indi həllər haqqında düşünməyə başlayırsınız?”

Klinton öz əri – keçmiş prezident Bill Klintonun nailiyyətlərindən danışıb. Tramp cavabında qeyd edib ki, sabiq dövlət başçısı tərəfindən imzalanmış Şimali Amerikada azad ticarət haqqında müqavilə “ən pis” idi və amerikalıların həyatının pisləşməsinə gətirib çıxarıb.

Klinton çıxşında ABŞ-da “silah epidemiyası”nı dayandırmağa çağırıb.

“Biz silahı onların əllərindən almalıyıq ki, o silah onlarda olmasın. Silah epidemiyası gənc afroamerikalıların ölümünün əsas səbəbidir”, - demokrat namizəd qeyd edib.

Maraqlıdır ki, Tramp gözlənilmədən öz partiyasının siyasətinə qarşı çıxış edib. O, bildirib ki, terrorizmdə şübhəli bilinənlərə silaha malik olmağı və təyyarələrlə uçmağı qadağan etmək lazımdır. Ancaq o, ABŞ-ın Milli Atıcılıq Təşkilatını - ölkənin əsas silah lobbiçilərini tərifləyib. Təşkilat vətəndaşların azad şəkildə silaha sahib olmaq hüququnu müdafiə edir.

Rusiya mövzusu müzakirələrin gedişatında bir neçə dəfə xatırlanıb. Klinton Moskvanı haker hücumlarında yenidən ittiham edib və bildirib ki, Tramp onun fikrincə, Amerika kompüter sistemlərinə Rusiyanın haker hücumlarını dəstəkləyir.

“Rusiya prezidenti Vladimir Putin sərt oyun oynayır. O, dövlət və şəxsi faylları qırmaq üçün kiberməkanda hücumlar təşkil edir. Bu, informasiya toplamaq üçün Rusiyanın sevimli üsullarından biridir”, - Klinton deyib.

Tramp isə dərhal bildirib ki, ABŞ Demokrat Partiyasının Milli komitəsinin resurslarına haker hücumunun arxasında kimin dayandığı ona ümumiyyətlə məlum deyil: “Siz deyirsiniz: “Rusiya, Rusiya, Rusiya”. Amma mən bilmirəm. Bəlkə də odur. Amma ola bilər ki, Çin və ya başqalarıdır”.

Xarici siyasətə gəlincə, Tramp Yaxın Şərqdəki vəziyyətə toxunub və qeyd edib ki, ABŞ prezidenti Barak Obamanın hərəkətləri regionda “vakkum”un yaradılmasına gətirib çıxarıb. Tramp deyib ki, NATO-nun üzvləri Yaxın Şərqdə terrorizmlə mübarizədə iştirak etməlidir.

Klinton bildirib ki, Trampda təcrübə yoxdur, biznesmen yalnız bir il əvvəl siyasətə gəlib.

Onun sözlərinə görə, dövlət katibi kimi 112 ölkəyə səfər edib və xarici siyasətdə böyük təcrübəyə malikdir.

Tramp isə bildirib ki, Klintonda “təcrübə var, amma bu, pis təcrübədir”.

“Biz daha 4 il belə təcrübəyə icazə verə bilmərik”, - milyarder vurğulayıb.

Demokrat namizəd rəqibini irqçilikdə qınayıb. Xatırladıb ki, Tramp Obamanın ABŞ-da doğulmasından şübhələnir. Respublikaçı isə Obamanı “Roma Papalarından daha müqəddəs olmaq” arzusunda olduğunu qeyd edib.

Sabiq dövlət katibi rəqibinin qadınların ünvanına səsləndirdiyi sərt fikirləri yadına salıb.

“O, qadınları donuz, kütbeyin və it adlandırırdı”, - Klinton bildirib.

Tramp ittihamları rədd edib.

Namizədlər müzakirələri major notlarda bitiriblər. Tramp seçkilərdə rəqibinin qələbə qazanacağı halda onu dəstəkləyəcəyinə söz verib. Klinton əmin edib ki, amerikalıların seçimini bəyənəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm