Şok: hamilə qadınlar doğuşdan sonra asılacaqlar
Bizi izləyin

Dünya

Şok: hamilə qadınlar doğuşdan sonra asılacaqlar

Son vaxtlar məhkəmələrin edam qərarları ilə bağlı "qara rekord" vuran və dünya birliyinin etirazlarına səbəb olan Misirdə qanunlara dəyişikliklər edilib.

Həmin dəyişikliklərə görə, edam cəzası almış hamilə məhkumlar doğuşdan 2 ay sonra asılacaqlar.


Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Misirdə hakimiyyəti ələ keçirmiş hərbi xuntaya qarşı etiraz aksiyalarına qatılanların məhkəmə prosesində bir gündə 529 nəfər barədə edam qərarının verilməsi şok effekti yaratmışdı.

Həmin məhkumlar arasında 17 nəfər yetkinlik yaşına çatmadıqlarına görə, onlar barəsindəki edam qərarı 15 illik həbslə əvəzlənib.

Misirdə daha 670 məhkumu edam cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm