“Anam boğazımı kəsib ətimdən yemək hazırlamaq istəyib”
Bizi izləyin

Dünya

“Anam boğazımı kəsib ətimdən yemək hazırlamaq istəyib”

Suzanna Börç həmin gecəni göz yaşları ilə xatırlayır, çünki qızcığazın anası Əhdi-Ətiqə əsasən onun boğazını kəsərək ailə üçün şam hazırlayırmış.

Bu dəhşətli hadisə 1989-cu ilin yanvarında Avstraliyada baş verib. 2 yaşlı Suzanna ailənin tək övladı idi.

Qızcığazın atası Con sadə bir ailəyə başçılıq edirdi. Hər gün işdən evə gəlib televizora baxar, sonra yenidən işə gedərdi. Çox güman ki, Suzannanın anası Lindanın “Yaradılış”-ın Əhdi-Ətiq kitabından İbrahim peyğəmbərin oğlu İsmayılı qurban verən misraları oxuması onun bu əzazil addıma əl atmasına təkan verib.

25 il əvvəl o dəhşətli günü yaşayan və anasının qəddar niyyətindən xilas olan Suzanna deyir: “Kitabı oxuduqdan sonra onun bıçağı qızdırdığını gördüm”. Əvvəlcə anası Bibliya kitabına əsasən, ağ pijamasını geyindi və mətbəxdə yerə sərilmiş qoyun dərisini üstünə saldı.

“Onun bıçaqla üzümdən aşağı düşməsi və müqavimət göstərməməyim üçün əllərimi bağlamasını xatırlayıram”-Suzanna deyir. Linda qızının traxeyalarını və səs tellərini kəsir. Bibliyada təsvir olunmuş hekayəyə görə, İbrahim peyğəmbər oğlu İsmayılı səcdəgahda bişirməyə hazırlaşırmış. Linda 40 dəqiqə - Suzanna göy rəngə çevrilənə kimi onun başını əlləri arasında saxlayıb. Linda iddia edir ki, səslər ona qızını qurban verib sobada bişirməyi tövsiyə edib. Eşitdiyi səslərlə mübarizə aparan qadın səhv etdiyini anlayır və polis məntəqəsinə zəng vuraraq qızının boğazını kəsməsi haqda məlumat verir. Dərhal evə gələn polis heyəti Suzannanı təcili xəstəxanaya çatdırır və xoşbəxtlikdən qızın həyatını xilas etmək olur. Əməliyyatın uğurlu keçməsinə baxmayaraq, Suzannanın yenidən danışacağı gözlənilmirdi. Lakin bütün ümidini kəsmiş atası və həkimlər 6 həftədən sonra balaca Suzannanın dil açdığının şahidi oldular. Anasına şizofreniya xəstəliyi damğası vurulsa da, 27 yaşlı Suzanna hələ də onun qayğısına qalır. Suzanna isə yazıçı olaraq yaşadığı əhvalatı qələmə aldı. Qızın bu hadisədən sonra canında bıçaqlara qarşı qorxu və boğazında çapıq yarası aldı.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm