Rusiya səfiri İrəvanı hədələdi
Bizi izləyin

Dünya

Rusiya səfiri İrəvanı hədələdi

Rusiya səfiri İrəvanı hədələdi

“Rusiya ideyaların yayılması bəhanəsi ilə dostlarının daxili işlərinə edilən istənilən təcavüzkar müdaxilənin qarşısını alacaq”.

Publika.Az – ın Ermənistanın “Lragir” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya həmyerlilərinin yeddinci forumundakı çıxışında Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin söyləyib.

Erməni nəşri hesab edir ki, sözügedən bəyanat beynəlxalq hüquq və diplomatiyanın bütün normalarının açıq pozuntusudur: “Səfirin bəyanatını rəsmi mövqe hesab etmək olar. Faktiki olaraq, Rusiyanın rəqibləri Ermənistanda azadlıq, bərabərlik və qanunilik ideyalarını yayarsa, Rusiya prosesə qarışmaq hüququnu özündə saxlayır”.

Qəzet daha sonra Rusiyanın Ermənistanın “daxili işləri”nə qarışdığını qeyd edir: “Daha doğrusu, Ermənistanın heç bir daxili iş qalmayıb. Ermənistan Rusiyanın hərbi kazarmasına və ixtisaslaşdırılmış iş qüvvəsinin mənbəyinə çevrilib. Amma indi ölkənin daxili işlərinə açıq müdaxilə etmək niyyəti barədə açıq fikirlər səsləndirilir. Ölkənin daxili işlərinə qarışmamaq beynəlxalq münasibətlərin müqəddəs prinsipidir. Bu prinsip sözsüz ki, vaxtaşırı pozulur. Amma bunun səfir səviyyəsində açıq ifadə olunması diplomatik cəfəngiyatdır”.

“Lragir” Rusiyanın ətrafında çox “dost” ölkənin də qalmadığını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm