Bu ölkədə marixuana qadağan olunmayıb
Bizi izləyin

Dünya

Bu ölkədə marixuana qadağan olunmayıb

KİV-də Şimali Koreya tamamilə qapalı ölkə və öz izzət-nəfsinə görə qarşısında duran hər bir şeyi məhv edən ölkə kimi təqdim olunur. Bu deyilənlər həqiqət olsa da, Şimali Koreya dünyada təcrid olunmaqdan çox digər faktlara görə məşhurdur.

Publika.az sizə Şimali Koreya haqqında çox az adamın bildiyi məlumatları təqdim edir.

  1. Marixuana, çətənə qadağan deyil

Sözün düzü, marixuana Şimali Koreyada narkotik hesab olunmur və onu idxal etmək, çəkmək və yeməyə görə heç kim heç kimə söz demir. Bir çox yerli əhali daima çətənə çəkir. Lakin ağır narkotik vasitələr ölüm cəzası altında qadağandır.

  1. 1962-ci ildə 6 amerikan əsgəri sərhədləri keçərək o ildən etibarən Şimali Koreyada yaşayır.

Koreyalıların təbliğat proqramında çalışan amerikalılar 1966-cı ildə sovet səfirliyinə müraciət edərək vətənlərinə dönmək istəyib, lakin onların bu cəhdi heç cür baş tutmayıb. İndi isə onlar ailə qurub və pis də yaşamırlar.

  1. Şimali Koreyada ələ keçirilmiş Amerikaya məxsus gəmi var

Şimali Koreya dünyada yeganə dövlətdir ki, Amerikaya məxsus gəmini öz istilasında saxlayır. Şimali Koreya gəmini 1968-ci ildə işğal edib. Bu, kəşfiyyatçı gəmi idi və Şimali Koreya kəşfiyyatı tərəfindən aşkarlanaraq zəbt olunub. Gəmiçilər isə yalnız bir ildən sonra vətənlərinə dönə biliblər.

  1. Koreya kommunist ölkəsi deyil

“Kommunizm” və “kommunistik” sözləri ölkə konstitusiyasından 2009-cu ildə yığışdırılıb. İndi ölkənin rəsmi ideologiyası “Çuçxe” hesab olunur. Bu nəzəriyyə 1972-ci ildə qəbul edilmiş yeni konstitusiya Marksizim-Leninizmi əvəz edən zamanı yarandı.

Bu ideologiyaya görə, Şimali Koreya ölkəsinin vətəndaşları siyasət, iqtisadiyyat və digər sahələr də olmaqla yeni dünyanın qurucularıdır. “Çuçxe”-ə görə Şimali Koreya təkəbbürlü dövlətdir.

  1. Şimali Koreyada 103-cü ildir

Çuçxe təqvimi 1997-ci ildə təqdim olunub və ölkənin rəsmi təqvimi hesab olunur. Təqvim öz başlanğıcını ölkənin ilk başçısı Kim İr Senin doğum günündən götürüb. O, 191-ci il 15 apreldə doğulub. Həmin il Çuçxe 1 adlanır. Təqvim həm Qriqorian, həm də Çuçxe əsasında qurulub.

  1. Dünyanın ən böyük stadionu Şimali Koreyadadır

Pxenyanda açılmış stadiona 150 min insan yerləşir. Rəsmi bayram mərasimlərində stadion dolu tamamilə dolur. Stadion 1989-cu ildə tikilib.

  1. 2012-ci ildə Şimali Koreya alimləri əfsanəvi taybuynuz (buynuzlu at) heyvanın qalıqlarını tapıblar

Və bu, zarafat deyil - Şimali Koreya alimləri öz tapıntıları haqda bütün dünyaya bəyanat verdi. Onlar əmin edir ki, taybuynuz orta əsrlər Koreya krallığının əsasını qoyan Tonmenə məxsusdur. Aşkar olunmuş tapıntılar bizim eranın 918-1392-ci il aralığına aiddir.

Sözsüz ki, bu fərziyyəyə xarici alimlər gülməkdən başqa çarə tapmadılar. İndi isə millət başçısını taybuynuzun üzərində oturmuş kimi təsvir edirlər. Hətta bəzən onun əlində sehrli çubuq da göstərilir.

  1. Koreyada “rütbə cədvəli” var

Cəmisi 51 rütbə var və belə demək mümkünsə, bu rütbələr rəsmi hökumətin vətəndaşlara olan inamını əks etdirir. Bir sözlə, vətəndaş dövlət başçısı və ölkəsi tərəfindən nə qədər çox inam qazanarsa, bir o qədər rütbəsi artırılır. Maaşların səviyyəsi, imtiyazların kəmiyyəti, yemək almaq imkanı rütbədən asılıdır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm