Kremlin düşmənlərinə qarşı “miqrant ordusu” vuruşacaq
Bizi izləyin

Dünya

Kremlin düşmənlərinə qarşı “miqrant ordusu” vuruşacaq

Kremlin düşmənlərinə qarşı “miqrant ordusu” vuruşacaq

Ərazisi kifayət qədər böyük olan Rusiyanın ordusu getdikcə daha çox çağırışçı çatışmazlığı ilə üzləşir. Sərhədlərin qorunması, hərbi hissələrdə yerləşdirilməsi üçün insan resurslarının çatışmazlığı indilərdə daha çox hiss olunur. Hətta bir müddət əvvəl miqrantların hərbi xidmətə çağırlması təklifləri də səsləndirilmişdi.

Deyəsən, bu təkliflər reallığa çevrilir. Miqrantların hərbi xidmətə çağırılması yenidən gündəmə gəlib.

Publika.Az – ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyada yaşayan miqrantlar hakimiyyətdən onlara Rusiya ordusuna xidmət etmək hüququ verməyi “xahiş” edirlər.

Bu barədə Rusiya Federal Miqrasiya Xidmətindən (FMX) bildirilib. Məlum olduğu kimi Rusiyada yaşayan bir çox etniklər orduda xidmət etmir. Bundan başqa, mütəxəssislər Rusiyada hər dörd çağırışçıdan birinin ordu üçün yararlı olduğunu bildirir. Onların fikrincə, miqrantlar ordu üçün ən “rahat” material ola bilər.

“Milyonlarla miqrant, həmçinin keçmiş SSRİ-nin vətəndaşları Rusiya ordusunda xidmət etməyə və Rusiyanın müdafiəsində iştirak etməyə hazırdır”, - FMX-dən bildirilib. Həmçinin, “miqrantlar dünya hökmranlığının qurulmasına yönəlik Qərbin təcavüzkar hərəkətlərindən narahatdır” deyilib. Təbii ki, burada Moskvanın yeni bir layihəsindən söhbət gedir. FMX müstəqil olmayan təşkilatdır və Kremlin nəzarəti altındadır. Aydın məsələdir ki, “Qərbin təcavüzkarlığı” Rusiyadakı miqrantları düşündürən ən son məsələdir.

Rusiya postsovet məkanı ölkələrinin torpaqlarını ələ keçirməklə “bufer zonalar” yaradır və bu ölkələri Qərblə qarşıdurmaya cəlb edir. Bu baxımdan da miqrantlar xüsusi əhəmiyyəti kəsb edir.

Yeni layihəyə görə, miqrantlar qarşıdakı “soyuq” və ya “isti müharibə”lərdə düşmən qüvvələr qarşısında divar rolunu oynaya bilərlər. Onları “canlı qalxan” kimi Qərbə qarşı çıxaracaqlar və “Avrasiya həmrəyliyi və qardaşlığı” nümayiş etdirəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm