BMT Kiyevə söz verdi: “Sizə kömək edəcəyik”
Bizi izləyin

Dünya

BMT Kiyevə söz verdi: “Sizə kömək edəcəyik”

BMT Kiyevə söz verdi: “Sizə kömək edəcəyik”

Ukrayna ölkənin şərqində BMT sülhməramlıları ilə birlikdə terrorçuluğa qarşı əməliyyatın həyata keçirilməsinə etiraz etmir.

Publika.Az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radanın sədri, prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov BMT baş katibi Pan Gi Mun ilə telefon danışığında bildirib.

A.Turçinov Ukraynanın şərqində, xüsusilə Donetsk və Luqansk vilayətlərindəki vəziyyətin Rusiyanın Krımla bağlı həyata keçirdiyi ssenarini xatırlatdığını dilə gətirib: “Rusiya Federasiyası ölkəmizin şərqinə xüsusi bölmələr göndərir və inzibati binaları silahla tuturlar. Bu hərəkətlər yüz minlərlə vətəndaşımızın həyatını təhlükə altına qoyur”.

A.Turçinov sözügedən vilayətlərdə yaranan vəziyyətin Krımdakından tamamilə fərqləndiyini, əhalinin separatçıları dəstəkləmədiyini deyib.

BMT baş katibi də öz növbəsində rəsmi Kiyevə dəstəyini ifadə edib: “Sizə və xüsusən Ukrayna xalqına dəstəyimi ifadə etmək istəyirəm. Siz tamamilə BMT-yə bel bağlaya bilərsiniz. Məndən asılı olan həy şeyi edəcəyəm ki, vəziyyət tezliklə normallaşsın”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm