Seçicilərə verdiyi sözə əməl edə bilməyən məmur özünü asdı
Bizi izləyin

Dünya

Seçicilərə verdiyi sözə əməl edə bilməyən məmur özünü asdı

İlkin ehtimallara görə, məmur öz işindən narazı olduğu üçün bu addımı atıb

Buryatiyada kənd təsərrüfatı administrasiyasının rəhbəri intihar edib.

Milli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, ilkin ehtimallara görə, məmur öz işindən narazı olduğu üçün bu addımı atıb.

Şabur kəndinin 48 yaşlı sakini Yuri Çuklovun asılmış cəsədi yanvarın 17-də aşkar olunub. İstintaq komitəsi hadisə ilə bağlı araşdırmaya başlayıb. İlkin məlumatlara görə, son vaxtlar məmur seçicilərin ümidlərini doğrulda bilmədiyi üçün depressiyada idi.

Çuklov 2013-cü ilin sentyabr ayında keçirilən seçkilərdə qalib gəlmişdi. 317 nəfər seçici ona səs vermişdi. Onun rəqibi olan hakim "Vahid Rusiya" partiyasından olan namizəd isə 100-ə yaxın səs toplaya bimişdi.

Çuklov seçilərkən öz işinə entuziazmla başlamışdı. Ancaq sonradan məlum olub ki, o, çoxlu sayda sənədlər rəsmiləşdirməlidir. Ona çoxlu sayda müraciətlər və şikayətlər daxil olurdu. Yerli büdcə isə həmin müraciətlərə müsbət cavab verməyə imkan vermirdi.

Onu da qeyd edək ki, Şabur kəndi Buryatiyanın ən kriminal kəndi hesab olunur. Kənddə əhalini tez-tez soyan, onlara işgəncə verən kriminal dəstə fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm