• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ukrayna ordusu döyüşə hazırdır

  • Dünya
  • 15 Aprel 2014 11:40
  • 836 Baxış
Ukrayna ordusu döyüşə hazırdır

Ukrayna ordusu ölkənin müdafiəsi və milli təhlükəsizliyi üçün səfərbər olunub.

Publika.Az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə nazirini əvəz edən Mixail Koval məlumat verib.

Onun sözlərinə görə, ordu hərbi vəziyyət elan edilmədən belə, terrorçuluğa qarşı əməliyyatlara başlaya bilər. M.Koval silahlı qüvvələrdən istifadə etmək üçün bütün əsasların olduğunu deyib.

Ukrayna Təhlükəsizlik Xidməti Donetsk vilayətindəki diversant qrupun telefon danışıqlarını dinləyə bilib. Əldə olunan materiallar Ukraynanın şərqində genişmiqyaslı hərbi təcavüzün olduğunu təsdiqləyib.

Ukrayna Təhlükəsizlik Xidməti bundan əvvəl də diversant qrupların aşkar edildiyini və onların Rusiyanın təlimatları əsasında işlədiyini iddia edib. Rəsmi Moskva isə bu iddiaları rədd edir.

Qeyd edək ki, Ukrayna hökuməti Donetsk vilayətinin Slavyansk şəhərinin yaxınlığına hərbi qüvvələr cəmləyib. Aprelin 13-də Rusiya yönümlü separatçı yaraqlılar bu şəhərdə polis idarəsini zəbt ediblər. Kiyev yaraqlılara silahı yerə qoyub binanı tərk etmək üçün dünənə qədər vaxt versə də, tələb yerinə yetirilməyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR