Müəllimə intiqam alaraq uşağı döydürdü - Foto
Bizi izləyin

Dünya

Müəllimə intiqam alaraq uşağı döydürdü - Foto

ABŞ-ın Florida ştatında yerləşən məktəblərin birində müəllimə şagirdi döydürdüyü üçün məktəbdən uzaqlaşdırılıb. Belə ki, 2013-cü ilin mart ayında müəllimə Dru Dehart dalınca danışan şagirdi cəzalandırmaq üçün digər 6 şagirdi onu döymək üçün qızışdırıb.

Müəllimənin 6 nəfər şagirdi qızışdırıb sinif yoldaşlarını döydürməsi nəzarət kameralarına düşüb. “Dərs vermək” üçün oğlanlar sinif yoldaşını döyərək boğazından yapışıb və müəllimənin qarşısına apararaq üzr istəməsini tələb ediblər.

Müəllimə yaşanmış olaydan sonra uşağın valideynlərindən üzr istəməsinə baxmayaraq, o, keçən həftə keçirilən məhkəmənin qərarı ilə işdən uzaqlaşdırılıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm