Diversant qrupunun rəhbəri Moskvaya hesabat verdi – Şok telefon söhbəti
Bizi izləyin

Dünya

Diversant qrupunun rəhbəri Moskvaya hesabat verdi – Şok telefon söhbəti

Diversant qrupunun rəhbəri Moskvaya hesabat verdi – Şok telefon söhbəti

Ukrayna Təhlükəsizlik Xidməti Donetsk vilayətinin Slavyansk şəhərində fəaliyyət göstərən Rusiya diversant qrupunun rəhbərinin şəxsiyyətini müəyyənləşdirib.

Publika.Az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, həmin şəxs Rusiya xüsusi təyinatlı dəstəsinin zabiti İqor Strelkovdur.

Diversant qrupunun yerli əhalini qorxutduğu, inzibati binaları tutduğu, Ukraynanın şərq ərazilərində ictimai-siyasi stabilliyi pozduğu bildirilir. Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən unian.net-ə bildirilib ki, Rusiya xüsusi təyinatlı dəstəsinin zabiti Moskvadakı təlimatçı ilə telefon danışığında Slavyanskda qanun keşikçilərinin olduğu avtomobilə atəş açılması barədə hesabat verib.

Rəsmi Kiyev iddia edir ki, Ukraynanın şərqində fəaliyyət göstərən diversant qruplarının Rusiyanın təlimatı əsasında fəaliyyət göstərməsini sübut edən xeyli fakt var.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, İ.Strelkovun mart ayının əvvəlində Krıma gəldiyi müəyyənləşdirilib. O, inzibati binaların tutulması, hərbi qulluqçular və ictimai təşkilat nümayəndələrinin, o cümlədən, əcnəbilərin oğurlanmasında iştirak edib. Strelkovun Ukrayna vətəndaşlarını təxribat xarakterli aksiyalara cəlb etməkdə xüsusi fəallıq göstərdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm