Ukrayna ordusu hücuma keçib: Şiddətli döyüşlər başlayıb - (VİDEO) YENİLƏNİB
Bizi izləyin

Dünya

Ukrayna ordusu hücuma keçib: Şiddətli döyüşlər başlayıb - (VİDEO) YENİLƏNİB

Bu gün səhər saatlarından ölkənin şərq əyalətlərinə doğru hərəkət edən Ukrayna ordusu artıq hərbi əməliyyatlara başlayıb.

Bu gün səhər saatlarından ölkənin şərq əyalətlərinə doğru hərəkət edən Ukrayna ordusu artıq hərbi əməliyyatlara başlayıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu dəqiqələrdə xüsusi təyinatlılar Kramatorsk şəhəri yaxınlığındakı aerodromun azad olunması üçün hücuma keçiblər. Airaduromu ələ keçirən separatçıların ciddi müqavimət göstərdiyi deyilir. Tərəflər arasında şiddətli atışa gedir.

20:30

Əməliyyat zamanı dörd nəfər separatçının həlak olduğu, iki nəfərin yaralandığı haqda məlumat verilib.


Ukrayna rəsmiləri yaxın zamanda hadisə ilə bağlı daha ətraflı məlumat yayacağını qeyd edib.

21:34

Ukraynanın “UNN” xəbər agentliyi döyüş zamanı onlarla insanın öldüyünü bildirir.

“Röyters” məlumatına görə, Ukrayna hərbçiləri Kramatorsk aerodromuna iki helikopterdə enib.

Ukraynanın hərbi qurumları əməliyyatla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

“UNN” xəbər agentliyinin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyindəki mənbə əməliyyat zamanı ölən və yaralıların olduğunu bildirib, lakin ölənlərin dəqiq sayı açıqlamayıb.

“Bəli, ölənlər var. Əməliyyat davam etdirilir. Nəticələr barədə az sonra məlumat veriləcək”, deyə mənbə bildirib.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm