Türk kapitan yunan sularında öldürüldü
Bizi izləyin

Dünya

Türk kapitan yunan sularında öldürüldü

Türk kapitan yunan sularında öldürüldü

Muğlanın Bodrum rayonundan suriyalı qaçaqları motorlu qayıqla xaricə aparmağa çalışan türk kapitan yunanlar tərəfindən vurulub.

Anspress-in xəbərinə görə, suriyalıların Yunanıstana keçməsinə vasitəçi olan türk kapitan Yunanıstan sahil təhlükəsizlik qayığından açılan atəş nəticəsində dünyasını dəyişib. Ölən şəxsin isə şəxsiyyəti barədə heç bir məlumat yoxdur.

Hadisə dünən gecə baş verib. Belə ki, gecəyarısı türk kapitan 7 nəfər suriyalı qaçağı motorlu qayığına mindirərək Yunanıstana aid İstanköy adasına keçirmək istəyərkən, bədbəxt hadisənin qurbanı olub.


Adı açıqlanmayan türk kapitan Yunan sahil təhlükəsizlik işçiləri tərəfindən görüldüyünü hiss edərək, qaçmağa çalışıb.

Dayanması barədə xəbərdarlıqların edilməsinə baxmayaraq, heç bir əhəmiyyət verməyib və nəhayət açılan atəş nəticəsində ağır yaralanıb. Yaralı kapitan xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Suriyalı qaçaqlar isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm