Ata kompyuter oyununa görə azyaşlı oğlunu öldürdü - Foto
Bizi izləyin

Dünya

Ata kompyuter oyununa görə azyaşlı oğlunu öldürdü - Foto

Ata kompyuter oyununa görə azyaşlı oğlunu öldürdü-Foto

Cənubi Koreyada ata internet kafedə oyun oynamaq üçün 2 yaşlı oğlunu boğaraq öldürüb. Belə ki, ata oyununu rahat davam etmək üçün evi tərk etməmişdən qabaq oğlunu boğub.

22 yaşlı Çunq soyadlı ata işsizdir və oğlunun itkin düşməsi haqda polisə məlumat verib. Verilmiş məlumatdan sonra polis evin yaxınlığında zibil qutusundakı çamadanın içindən uşaq meyiti tapıb. Polislər əvvəlcə atanın 10 gün oyun oynayaraq evə gəlməməsi və nəticədə də uşağın acından ölməsini zənn edib. Lakin Çunq evi tərk edib kompyuter oyununu davam etməsi üçün uşağını boğaraq öldürməsini sonradan etiraf edib. Körpənin anası isə fabriklərin birində çalışdığı üçün evdə olmayıb. Cənubi Koreya televiziyası oğlunun cəsədini çamadanda daşıyan atanın nəzarət kameralarına düşən görüntüsünü yayıb.

Xatırladaq ki, Cənubi Koreyada əhali kompyuter oyunu aludəçiliyindən əziyyət çəkir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm