• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rusiya tankları Kramatorsk şəhərinə girdi

  • Dünya
  • 16 Aprel 2014 13:18
  • 1 257 Baxış
Rusiya tankları Kramatorsk şəhərinə girdi

Donetsk vilayətinin Kramatorsk şəhərinə Rusiya bayraqlı 10-a qədər zirehli texnika daxil olub.

Publika.Az – ın unian.net saytına istinadən verdiyi xəbərə görə, bu barədə “Facebook” səhifəsində jurnalist Artyom Şevçenko yazıb.

Bundan əvvəl isə BBC-nin bölgədə olan əməkdaşı Ukrayna ordusunun zirehli texnikasının Qərb istiqamətdən Donetsk vilayətinin Kramatorsk şəhərinə doğru hərəkət etdiyini bildirib. BBC əməkdaşı ən azı 20 zirehli texnikanın şəhərə yaxınlaşdığını deyib. Dünən isə Ukrayna prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı, Ali Rada sədri Aleksandr Turçinov Kramatorsk hava limanının Ukrayna xüsusi təyinatlı dəstəsinin nəzarəti altına keçdiyini bəyan edib.

Rusiyanın RİA xəbər agentliyinə məlumatına görə, Ukrayna ordusunun altı tankı isə Dnepropetrovsk tərəfindən şəhərə daxil olub. Heç bir müqavimətlə qarşılaşmayan tanklar dəmiryol vağzalı yaxınlıqda dayanıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR