Jirinovski Kiyevi Dövlət Dumasından hərbi geyimdə hədələdi
Bizi izləyin

Dünya

Jirinovski Kiyevi Dövlət Dumasından hərbi geyimdə hədələdi

Jirinovski Kiyevi Dövlət Dumasından hərbi geyimdə hədələdi

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bir gün əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy əlaqə saxladığını təsdiqləyib.

Publika.Az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hərbi geyimdə Dövlət Dumasına gələn Jirinovski A.Parubiydən qoşunları geri çəkməyi tələb edib.

Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin üzvü “Mən onu xəbərdar etdim ki, Kiyev hakimiyyəti Ukraynanın şərqində baş verənlərə görə məsuliyyət daşıyır.Qoşunların dərhal geri çağırılmasını tələb etdim. Dedim ki, siz, dinc vətəndaşlara qarşı silahlı qüvvələrdən istifadə edərək qorxunc cinayət törədirsiniz”- söyləyib.

V.Jirinovski Ukraynanın beş vəzifəli şəxsin - prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı, Baş nazir, Daxili İşlər naziri, Dövlər Sərhəd Xidmətinin rəhbəri və və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin məhkəmə qarşısında durmalı olduğunu ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm