Diktatorun şəkli reklamdan götürüldü - Foto
Bizi izləyin

Dünya

Diktatorun şəkli reklamdan götürüldü - Foto

Diktatorun şəkili reklamdan götürüldü-Foto

Koreya Xalq Demokratik Respublikasının səfirliyi Londonda yerləşən Mo Nabbaxa məxsus bərbər salonu üçün istifadə olunmuş reklamı yığışdırmağı tələb edib. Səbəb isə bərbər salonu üçün nəzərdə tutulmuş reklamda Şimali Koreya dövlətinin diktatoru Kim Çen İnin şəklinin olmasıdır.

“M&M Hair Academy ” salonunun sahibi Şimali Koreya liderinin şəklindən istifadə edərək müştərilərə 15% endirim elanını salona vurub. Nabbax bildirir ki, bundan sonra KXDR-in səfirlik əməkdaşları onu izləyib. Salon sahibi deyib ki, 2 nəfər salonun şəklini çəkdikdən sonra plakatın yığışdırılmasını tələb edib.

Nabbax deyib: “Mən onlara buranın Şimali Koreya yox, İngiltərə olduğunu dedim və vəkil tutmalarını məsləhət bildim”.

Lakin bununla yanaşı müştərilərin xahişi ilə plakat sonradan yığışdırılıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm