Putin Ukrayna ilə bağlı Kremlin hədəflərini açıqlayacaq
Bizi izləyin

Dünya

Putin Ukrayna ilə bağlı Kremlin hədəflərini açıqlayacaq

Putin Ukrayna ilə bağlı Kremlin hədəflərini açıqlayacaq

Rusiya prezidenti Vladimir Putin bu gün canlı efir vasitəsilə ictimaiyyətin suallarını cavablandıracaq.

Publika.Az – ın İTAR- TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prezidentin mətbuat katibi Dmitri Peskov dövlət başçısının təxminən 2 milyon sual aldığını bildirib.

Prezidentin mətbuat katibi qeyd edib ki, əsas mövzuların Ukrayna və Krım, habelə ənənəvi sosial problemlərin olacağı proqnozlaşdırılır. Dövlət başçısına edilən zəng müddətinin hər il artdığını deyən Peskov keçən il 4 saat ilə rekord qeydə alındığını xatırladıb.

Tədbir bir çox kanallar vasitəsilə canlı yayımlanacaq. Rusiya prezidentinin Ukrayna böhranı ilə bağlı Kremlin bundan sonrakı siyasəti barədə önəmli mesajlar verəcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm