9 il kölə kimi yaşayan qız azad edildi - Foto
Bizi izləyin

Dünya

9 il kölə kimi yaşayan qız azad edildi - Foto

Argentina polisi 15 yaşlı yeniyetmə qızı 9 il qəyyumluğunda yaşayan valideynlərinin əlindən xilas edib. Belə ki, ögey valideynləri qızı 9 il müddətində qarajda qıfıllayaraq dəfələrlə döyərək aclığa düçar edib.

Qeyd olunur ki, qızın çəkisi 20 kiloqram olub və valideynləri ona yalnız su və çörək verib.

Qız qarajda yalnız it və meymunla birgə yaşayıb. Hər dəfə qız heyvanların qabağından qalan artıq yeməyi yeyərkən onu qayışla döyüblər.

Qız 9 il içərisində yalnız 2 dəfə qarajdan kənara çıxa bilib. Onun qəyyumları köləlik və döymə ittihamı ilə artıq həbs olunub.

Xatırladaq ki, yeniyetmə bacısı axtarışa verdikdən sonra tapılıb. Hal-hazırda qız Buenos-Ayres hospitalındadır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm