Ölkənin ikinci böyük şəhərində terror: 8 ölü, 40 yaralı - VİDEO
Bizi izləyin

Dünya

Ölkənin ikinci böyük şəhərində terror: 8 ölü, 40 yaralı - VİDEO

Verilən məlumatlara görə, mərasim zamanı yaşanan sıxlıqda 8 nəfər həyatını itirib. Xəsarət alanların sayının 40 nəfər olduğu bildirilir

Hindistanın Mumbay şəhərində yerli şiə müsəlmanları icmasının rəhbərinin dəfn mərasimində yaranan izdiham insan itkilərinə səbəb olub.

Verilən məlumatlara görə, mərasim zamanı yaşanan sıxlıqda 8 nəfər həyatını itirib. Xəsarət alanların sayının 40 nəfər olduğu bildirilir. Mumbay polisinin məlumatına görə, izdiham insanların mərhumun evinə daxil olmağa cəhd etməsindən sonra yaranıb. Dəfn mərasimində minlərlə müsəlman iştirak edib.

Hindistandakı Davudı Bohra şiə icmasi on altıncı əsrdə yaranıb. İcmanın əsasını qoyanlar Yəməndə şiələrə qarşı baş verən zorakılıqlar səbəbi ilə Hindistana təşrif buyurublar. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm