Putin ömürlük prezident olmayacağını bildirib - (CANLI İZLƏ),(YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Putin ömürlük prezident olmayacağını bildirib - (CANLI İZLƏ),(YENİLƏNDİ)

Putin canlı yayımda sualları cavablandırır

Rusiyanın Qərblə yaxşı münasibətlər istədiyini deyən Rusiya prezidenti amma heç kəsə bu məsələdə möhtəkirlik etməyə icazə verməyəcəyini deyib: “Biz ümumi sivilizasiyanın, xristian sivilizasiyasının hissəsiyik”.

O, ABŞ prezidenti Barak Obamanı cəsarətli insan adlandırsa da, onunla xüsusi münasibətlərinin olmadığını söyləyib. Dövlət başçısı bildirib ki, Rusiya və ABŞ prezidentlərinin qarşılıqlı səfərlərinin bərpasına ümid edir

***

V.Putin ABŞ-Rusiya münasibətlərinin məhz Krım deyil, Liviya hadisələrindən sonra yenidən pisləşdiyini deyib. Putin Danimarka baş naziri, NATO-nun gələcək baş katibinin onunla telefon danışığını yazdığını və icazəsiz dərc etdiyini bildirib.

Putin “Rusiya prezidenti ölkənin birinci xanımını nə vaxt təqdim edəcək” sualına cavab verməyib.

***

Putin Krım məsələsinin NATO-nun Ukrayna vasitəsilə genişlənmə təhlükəsi ilə qismən bağlı olduğunu deyib: “Hərbi ittifaq bizim sərhədlərimizə yaxınlaşırsa, cavab addımlarımızı atmalıyıq”.

Rusiya prezidenti Ukrayna ərazisi ilə qazın ixracında problem olmayacağına ümid etdiyini deyib. O, əmin olduğunu bildirib ki, Səudiyyyə Ərəbistanı Rusiyanın vəziyyətini pisləşdirmək üçün neftin qiymətinin azalmasına yol verməyəcək. Putin neftin qiymətinin hətta 90-85 dollara qədər düşməsinin də Rusiya dövlət büdcəsi üçün kritik olmayacağını bildirib.

Rusiyanın AŞPA-da olmaq üçün təkid etməyəcəyini deyən Rusiya dövlət başçısı bununla belə dünyadan təcrid olmaq niyyətində olmadığını deyib.

***

Putin ümid etdiyini bildirib ki, Rusiyanın Qərbdəki partnyorları onu eşidəcək və anlayacaqlar. Rusiya prezidenti Ukrayna hakimiyyətini qeyri-legitim hesab etməsinə baxmayaraq, dialoqdan imtina etmədiyini deyib.

Dövlət başçısı Ukraynanın bütün prezidentliyə namizədləri, o cümlədən Poroşenko və Timoşenko ilə işləməyə hazır olduğunu bildirib.

O, qeyd edib ki, müəyyən güclər Rusiyanı Yuqoslaviya kimi parçalamaq istəyirlər.

***

“Krımdakı hadisələr göstərdi ki, vətənpərvərlik Rusiya xalqının ayrılmaz mahiyyətidir”, - prezident bildirib.

Rusiya lideri Ukrayna məsələsi üzrə güzəştlərin Rusiya və ABŞ arasında deyil, Ukraynadakı siyasi güclər arasında tapılmalı olduğunu deyib. Putin ümid etdiyini bildirib ki, Ukraynada hərbi gücdən istifadə etməklə bağlı Rusiya Federasiya Şurasının ona verdiyi hüquqdan istifadə etməyə ehtiyac olmayacaq.

Dnestryanı ərazinin gələcəyi ilə bağlı dialoqu intensivləşdirməyi təklif edən Putin Moldova və Ukraynadan ərazinin blokadasına son qoymağı tələb edib. Rusiya prezidenti “beynəlxalq hüququn möhkəmləndirilməsi”nin vacib olduğunu dilə gətirib. O, əminliyini ifadə edib ki, Ukrayna böhranını ekstremist üsullarla həll etmək olmaz.

***

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin vəzifəsini düzgün icra etdiyini deyən V.Putin mülki əhaliyə qarşı güc tətbiqi barədə qərar imza atmaq üçün onun əlinin qalxmadığını söyləyib.

“Berkut” döyüşçülərinin dövlətin müdafiəsi üçün öz borcunu yerinə yetirdiyini deyən Rusiya prezidenti əmin olduğunu bildirib ki, sonda “Berkut” təşəkkür edəcəklər. deyəcəklər.

Rusiya prezidenti Krımın inkişaf perspektivləri ilə bağlı da danışıb. Krım və Sevastopolda turizm, eləcə də sənayenin inkişafı üçün yaxşı potensial olduğunu söyləyən Putin bunun üçün böyük investisiyaların tələb olunduğunu deyib.

Prezident Çinlə əməkdaşlıq və beynəlxalq problemlərə yanaşmaların görünməmiş səviyyədə olduğunu ifadə edib. Amma o, Rusiyanın Çinlə hərbi-siyasi ittifaqın yaradılması məsələsini müzakirə etmədiyini deyib. Putin Rusiya-Çin münasibətlərinin beynəlxalq siyasətin əhəmiyyətli amili olacağını vurğulayıb.

***

V.Putin Ukraynanın şərqində baş verən hadisələrdə Moskvanın əli olması barədə səsləndirilən bütün iddiaları da cəfəngiyat adlandırıb.

Rusiyanın heç vaxt Krım yarımadasında hərbi hərəkətləri planlaşdırmadığını deyən Kreml rəhbəri Krımın Rusiyaya birləşdirilməsində də burada keçirilən referendumun əsas olduğunu bildirib. Putin əmin olduğunu bildirib ki, dövlətlərarası münasibətlər çərçivəsində Ukrayna böhranının həllini tapmaq mümkün olacaq.

“Rusiya həmişə Ukraynanın yanında olub və həmişə də Ukraynaya yaxın olacaq. Rusiya Federasiyasının Ukraynaya yardımı artıq yüz milyardlarla dolları təşkil edir”, - Rusiya prezidenti deyib.

***

Publika.Az – ın İTAR-TASS agentliyinə istinadən verdiyi dövlət başçısı yayımın ilk dəqiqələrində Ukrayna böhranına toxunub.

O, bildirib ki, Rusiyanın Ukraynanın parçalaması kimi bir niyyəti yoxdur. Putin bu iddiaları cəfəngiyyat adlandırıb. Rusiya prezidenti Avropa İttifaqı ilə assosiativ sazişin imzalanmasının təxirə salınmasından sonra hakimiyyətin silahla ələ keçirildiyini bildirib.

Prezident həmçinin hesab edib ki, Kiyevin yeni hakimiyyəti Ukraynanın şərqində tankları və aviasiyanı mülki əhaliyə qarşı hərəkətə gətirməklə cinayətə yol verir.

****

Rusiya prezidenti Vladimir Putin bu dəqiqələrdə "qaynar xətt" vasitəsilə sualları cavablandırır.

Publika.az-ın xəbərin görə,canlı yayım Rusiyanın bütün hazırda "Первый", "Россия 1", "Россия 24" kanallarında yayımlanır.

Putin bu dəqiqələrdə Krım, Ukrayna böhranı barədə sualları cavablandırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm