Deyvid Deyvis: “Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”
Bizi izləyin

Dünya

Deyvid Deyvis: “Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”

Deyvid Deyvis: “Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”

Böyük Britaniya Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsini pisləyib.

Publika.Az – a Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, Böyük Britaniya Parlamentinin üzvü Ukraynada baş verən hadisələr ilə bağlı öz mövqeyini bildirərək, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat verib.

Bəyanatda Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsi pislənilib. Bəyanatda bildirilib ki, Ukraynada baş verən son hadisələr bizə bir daha sabitliyin Avropa üçün nə qədər önəmli bir ünsür olduğunu xatırladıb:

“Rusiyanın Krımı özünə birləşdirməsi Barak Obama, Devid Kameron, Angela Merkel də daxil olmaqla Qərb liderlərinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə nəticələndi. Onlar Rusiyanı etdiyi hərəkətə görə qınamaqda və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləməkdə tamamilə haqlı olaraq yekdil mövqe göstərirlər. Lakin bu bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi eşitmirik. Böyük Britaniya BP şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir və münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik. İndi bizim üçün Dağlı Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın və məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, yüz minlərlə məcburi köçkün düşmüş azərbaycanlıların evlərinə qayıtmasının tam zamanıdır."

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm