Müxalifət "Cenevrə-2" konfransında iştirak edəcək
Bizi izləyin

Dünya

Müxalifət "Cenevrə-2" konfransında iştirak edəcək

Suriya inqilabi qüvvələri və müxalifətinin Milli Koalisiyasının 58 üzvü "Cenevrə-2" konfransında iştirakın lehinə səs veriblər. Bu barədə koalisiyanın mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib.

Səsvermə bu gün İstanbulda koalisiyanın Baş Assambleyasının iclası çərçivəsində keçirilib.

Təşkilatın mətbuat katibi Sara Karkur bildirib ki, gizli səsvermə nəticəsində koalisiyanın Cenevrə konfransında iştirak etməsi barədə qərar qəbul edilib: "Belə ki, 73 üzvdən 58-i lehinə, 14-ü isə əleyhinə səs verib".

Qeyd edək ki, Suriya probleminin həlli üzrə "Cenevrə-2" konfransı yanvarın 22-də İsveçrənin Montrö şəhərində keçiriləcək. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm