• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiyanın ən varlı adamının adı bəlli oldu

  • Dünya
  • 18 Aprel 2014 00:35
  • 895 Baxış
Rusiyanın ən varlı adamının adı bəlli oldu

Alişir Usmanov “Forbes Rusiya” nəşri tərəfindən tərtib edilmiş Rusiyanın “200 ən varlı” iş adamlarının siyahısında ilk sıradakı yerini qoruyub.

Bu reytinqdə o, üçüncü il ardıcıl olaraq ilk pillədədir. "Metalloinvest", "Megafon", ”Mail.ru Group “ və Facebook-un keçmiş investoru il ərzində varidatını 1 milyard dollar artıraraq 18,6 milyarda çatdırıb.

İkinci yerdə 17,6 milyard dollar varidatla Mixail Fridman qərarlaşıb. Onun ötən il qazancı 1,1 milyard artıb. Üclüyü 15.6 milyard dollarla "Novatek" və " Sibur"in sahibi Leonid Miçelson tamamlayır. Onun hesabında 0.2 milyard dollar artım olub. İlk onluqda “Volga Group”un sahibi Gennadi Timçenko (ümümi varidatı 15,3 milyard ) , "LUKoyl"un sahibi Vahid Ələkbərov (13,6 milyard ), "Norilsk Nikel"in sahibi Vladimir Potanin (12,6 milyard dollar) , " EuroChem"un sahibi Andrey Melniçenko (11,4 milyard ) yer alib.

Onluğu 11,3 milyardla “Alfa-qrup”un sahibi Qerman Xan tamamlayır.

Qeyd edək ki, 2009-cu ildə ilk sirada qərarlaşmış Mixail Proxorov onluqdan kənar qalıb. ”Vətəndaş platforması” partiyasının eks liderinin varidatı 10,9 milyard dollardır. /ANS/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR