Dünya
Kreml Qərbi hədələdi: “Neytral statusun dəyişikliyi…”
Rusiyanın xarici ilər naziri Sergey Lavrov Ukrayna böhranının həlli ilə bağlı dünən Cenevrədə keçirilən dördtərəfli danışıqlardan sonra Qərbi xəbərdarlıq edib.
Publika.Az – unian.net saytına istinadən verdiyi məlumata görə, S.Lavrov Ukraynanın neytral statusun dəyişdirilməsinin bu ölkədəki böhranın nizama salınması prosesinə zərbə vuracağını bildirib.
Ukraynanın hərbi-siyasi bitərəfliliyin ölkə Konstitusiyasında təsbit olunduğunu deyən Rusiya xarici işlər naziri qeyd edib ki, hamı bu prinsipə hörmət etməlidir.
“NATO nümayəndələri bildirir ki, heç kim Ukraynanı neytral olmağa məcbur etməməlidir. Biz Qərb həmkarlarımızdan xahiş etdik ki, NATO rəhbərliyi səviyyəsində bu məsələnin gərginləşməsinə yol verməsin və öz məsuliyyətini dərk etsinlər. Bu, Ukrayna böhranının nizama salması üçün göstərilən bütün səyləri heçə endirə bilər”, - S.Lavrov deyib.
Rusiyanın Ukraynanın gələcəyi ilə bağlı irəli sürdüyü daha bir məsələ isə ölkənin federallaşması ilə bağlıdır. Lakin rəsmi Kiyev və Qərb Rusiyanın bu tələbini qəbul etmək niyyətində olmadığını açıqlayıb. Polşanın xarici işlər naziri Radoslav Sikorskinin dünən verdiyi bəyanat da bu yöndədir. O, Qərb ölkələrinin Ukraynanı Rusiyaya satmayacağını və bu ölkənin federallaşmasına imkan verməyəcəyini bəyan edib.
“Vladimir Putin Ukraynanın Almaniya və ya İsveçrə modeli üzrə yox, Bosniya modeli üzrə federallaşmasını arzulayır, bu isə Ukraynada idarəolunmaz və islahatların reallaşmasını qeyri-mümkün edən vəziyyət yarada bilər”, - R. Sikorski dilə gətirib.
Ömər Dağlı
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!