“NATO Şərqdə möhkəmlənəcək, Rusiya...” – “Stratfor” nələr proqnozlaşdırır?
Bizi izləyin

Dünya

“NATO Şərqdə möhkəmlənəcək, Rusiya...” – “Stratfor” nələr proqnozlaşdırır?

“NATO Şərqdə möhkəmlənəcək, Rusiya...” – “Stratfor” postsovet məkanında nələr proqnozlaşdırır?

ABŞ-ın tanınmış beyin mərkəzi olan "Stratfor" dünyanın siyasi mənzərəsi ilə bağlı 2014-cü ilə dair proqnozlarını verib.

Publika.Az – ın verdiyi xəbərə görə, proqnozların bir hissəsi postsovet məkanında baş verə biləcək siyasi proseslərlə bağlıdır.

NATO Şərqə doğru möhkəmlənəcək

Ukraynanın əvvəlki kimi Moskva üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirən “Stratfor” Rusiyanın postsovet məkanında mövqeyinin və Qərblə münasibətlərinin Ukraynadakı vəziyyətdən əhəmiyyətli dərəcədə asılı olacağını qeyd edib. “Stratfor”a görə, Ukraynada siyasi fraksiyalar arasında parçalanma güclənəcək və bu bütovlükdə hökumətə təhlükə yaradacaq.

“Stratfor”un proqnozlarına görə, gözləmək olar ki, Rusiya Ukraynada may ayının 25-inə planlaşdırılan prezident seçkilərinin qanuniliyinə etiraz edərək ölkənin cənub-şərqində qeyri-qanuni silahlı qrupları dəstəkləyəcək. Qeyd olunur ki, Ukraynanın federasiya halına salınaraq mərkəzi hakimiyyətin zəiflədilməsi bu regionlarda təsir alətlərini daha çox Rusiyanın əlinə verəcək və Moskva uzunmüddətli perspektivdə qərbyönümlü tendensiyalara qarşı dura biləcək.

“Rusiya həmçinin Ukrayna hökumətinin zəiflədilməsi üçün iqtisadi alətlərdən istifadə edəcək. Məsələn, Ukrayna məhsullarının idxalına məhdudiyyətlər qoyula, həmçinin təbii qaza yüksək qiymətlər qoyula bilər. Təbii ki, Kiyevdəki qərbyönümlü hökumət Avropa İttifaqı və Birləşmiş Ştatlara Rusiyanın iqtisadi təzyiqindən Ukraynanın qorunmasına yardım üçün müraciət edəcək. Qərb ən azından ilin ikinci rübündə Ukraynaya müəyyən dəstək verəcək. Amma daha uzaq perspektivdə aydın olacaq ki, Ukrayna öz borc öhdəliklərini yerinə yetirmək vəziyyətində deyil. İqtisadi böhranla mübarizə aparan Avropa İttifaqı isə bu ölkəyə köməyini məhdudlaşdıracaq”,- “Stratfor” bildirir.

Beyin mərkəzinin proqnozlarına görə, təhlükələrə baxmayaraq, Rusiya çətin ki, Ukrayna ərazisinə hərbi müdaxilə etsin: “Amma bununla belə Ukraynaya hərbi təzyiqin göstərilməsi üçün hərbi güclərdən sərhədboyu istifadə edəcək. Rusiya və NATO hərbi təlimlərini davam etdirəcək. NATO ehtimal ki, öz mövqelərini Şərqdə möhkəmləndirəcək, qoşunları və hərbi texnikasını Rusiyaya tərəf, məsələn Baltikyanı ölkələrinə doğru yerini dəyişdirərək. Rusiya da öz növbəsində Belorusda hərbi gücünü artıracaq və ölkənin Qərbindəki hərbi qruplaşmaları gücləndirəcək. Ancaq Ukrayna ərazisinə hərbi müdaxiləni həyata keçirmək mümkün olmayacaq”.

Keçmiş sovet respublikaları öz mövqelərini müəyyənləşdirir

“Stratfor”a görə, 2014-cü ilin ikinci rübündə Rusiya və Qərb arasındakı nüfuz mübarizəsinə Ukrayna ilə yanaşı digər postsovet respublikaları da cəlb olunacaq:

“Moldova və Gürcüstan Avropa İttifaqına inteqrasiya etməyə həfədləyib. İyun ayında bu iki ölkə qurumla assosiasiya və azad ticarət haqqında razılaşma imzalamalıdır. Qərb də bu siyasi kursa dəstək olaraq Kişnyovda və Tiflisdə nümayişlərin keçirilməsinə imkan yaradacaqlar. Amma Rusiyanin bir çox təsir aləti var. Moskva ticarət sanksiyaları, müxalifət təşkilatları ilə siyasi əlaqələr və Dnestryanı əraziyə hərbi müdaxilə yolu ilə inteqrasiya səylərinə zərər vura bilər. Rusiya Gürcüstanın tərkibindən çıxmış Abxaziya və Cənubi Osetiya vasitəsilə Tiflisə siyasi və hərbi təzyiq göstərə bilər. Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva özünü bu ölkəyə iqtisadi təsir alətlərindən məhrum etdi. Moldova və Gürcüstanın Avropa İttifaqına inteqrasiyası Rusiya və ABŞ arasında daha geniş danışıqların predmeti olacaq. Amma Rusiya baxımından bu dövlətlər Ukrayna ilə müqayisədə ikinci dərəcə əhəmiyyət daşıyır”.

ABŞ-ın beyin mərkəzi Estoniya, Latviya və Litvaya Qərbin dəstəyinin artacağını qeyd edib. “Stratfor” hesab edir ki, Rusiya Kalininqrad, Baltik dənizi və Qərb sərhədlərində hərbi qruplaşmalarını gücləndirməklə Baltikyanı ölkələrə təzyiqi gücləndirə bilər.

Proqnozlara görə, Gürcüstan, Moldova və Baltikyanı ölkələr Qərbə inteqrasiyanı inkişaf etdirdikləri halda, postsovet məkanında yerləşən digər dövlətlər Rusiya ilə əməkdaşlığı inkişaf etdirəcəklər: “Belorus Rusiyanın yaxın müttəfiqi olaraq təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirəcək. Belorus ərazisində Rusiya qırıcılarının sayını artıra bilər. Qərb qeyri-hökumət təşkilatları ilk növbədə Polşa və Litva vasitəsilə hərəkət edərək Belarus müxalifətinə təsir göstərməyə və etirazların təşkilinə çalışa bilər. Ancaq bu cür səylərin effektivliyi xeyli dərəcədə məhdud olacaq”.

“Stratfor” hesab edir ki, Rusiya özünün yaratdığı iqtisadi və hərbi blokları gücləndirməyə çalışacaq. Rusiya hərbi təlimlərin keçirilməsi və silahların çatdırılması hesabına Belorus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını möhkəmləndirəcək”, - “Stratfor” bildirir.

Rusiyanın daxili problemləri

“Stratfor” proqnozlaşdırır ki, Rusiyanın iqtisadi artım sürəti azalacaq və bu Rusiya hökumətinə əlavə çətinliklər yaradacaq: “Ukrayna böhranı Rusiyadan kapital axınını sürətləndirdi. Ölkənin birinci rübündə təxminən 70 milyard dollar Rusiyadan çıxdı. Hesab etmirik ki, ilin ikinci rübündə ABŞ və Avropa ittifaqı Rusiyaya qarşı sərt ticarət sanksiyaları tətbiq edəcəklər. Amma 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra olduğu kimi kapital axını davam edəcək. Həmin müharibənin iqtisadi nəticələri Rusiya üçün çox acınacaqlı oldu, neftin bir barelin qiyməti 40 dollara qədər aşağı düşdü. Amma indi neftin qiyməti ehtimal ki, 100 dollar səviyyəsində qalacaq. Bununla əlaqədar olaraq ən yaxın perspektivdə Kreml Qərblə qarşıdurmada böyük iqtisadi itkilərdən qaça biləcək. Amma Rusiya uzunmüddətli perspektivdə investisiya və texnologiyaların cəlb edilməsi probleminin öhdəsindən gəlməli olacaq. Nəticədə isə Moskvanın inadcıl hərbi hərəkətlərdən çəkinmək ehtiyacı yaranacaq”.

Həmçinin bildirilir ki, Kreml Qərbin vasitəçiliyi ilə Rusiyada qarışıqlıqların başlana biləcəyindən narahatdır: “Xarici dəstək Rusiyanın müxalifət təşkilatlarına 2011-2012-ci illərdə kütləvi nümayişləri keçirməyə imkan verirdi. Hesab edirik ki, 2014-cü ilin ikinci rübündə Birləşdirilmiş Ştatlar belə uzağa girməyəcək. Ölkə daxilində Putinin mövqeləri beynəlxalq arena ilə müqayisədə daha möhkəmdir. Krımın birləşdirilməsindən sonra onun reytinqi daha da artdı”.

“Stratfor” 2014-cü ilin ikinci rübündə də Rusiya və Qazaxıstanın iqtisadi problemlərin bitməyəcəyini bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm