Döyüşçülər Bağdadda həbsxananı ələ keçiriblər
Bizi izləyin

Dünya

Döyüşçülər Bağdadda həbsxananı ələ keçiriblər

Döyüşçülər İraqın paytaxtı Bağdadın Təvabici rayonundakı həbsxananı ələ keçirərək dustaqları azad ediblər.

Döyüşçülər İraqın paytaxtı Bağdadın Təvabici rayonundakı həbsxananı ələ keçirərək dustaqları azad ediblər.

Polisin məlumatına görə, silahlı qruplaşmanın üzvləri həbsxananın binasını minaatanlardan atəşə tutublar. Bundan sonra terrorçular müəssisəni ələ keçirib və dustaqların bir hissəsini azad ediblər. Atışma nəticəsində mühafizəçilər xəsarət alıblar.

Eyni vaxtda döyüşçülər Bağdadın Mənsur rayonundakı iri ticarət mərkəzini atəşə tutaraq ələ keçirməyə cəhd ediblər. Terrorçular binaya və yaxınlıqdakı mağazaya güclü atəş açıblar. Lakin təhlükəsizlik qüvvələri onların bu cəhdinin qarşısını ala biliblər. Ərazi İraq ordusunun bölmələri tərəfindən mühasirəyə alınıb.

DİN bəyan edir ki, bu hücumlar yaxşı təşkil edilmişdi və bir-biri ilə əlaqəsi var idi. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm