Tehrana daha 450 milyon qaytardılar
Bizi izləyin

Dünya

Tehrana daha 450 milyon qaytardılar

Tehrana daha 450 milyon qaytardılar

ABŞ İranın dondurulan maliyyə aktivlərindən 450 milyon dolları aktivləşdirib.

Publika.Az – ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamenti Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın nüvə proqramı ilə bağlı məruzəsindən sonra bəyanat verib.

MAQATE-nin məruzəsində qeyd edilir ki, İran 20 faizə qədər zənginləşdirilmiş uran ehtiyatlarını iki dəfə azaldıb.

Qeyd edək ki, 8 Noyabr 2013-cü ildə Cenevrədə İran Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavadla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin nəticəsi olaraq ilkin razılaşma əldə olunub. Qəbul olunan “yol xəritəsi”nə əsasən İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar yumşadılmalı, əvəzində isə İran yarım il ərzində nüvə proqramını dayandırmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm