Rusiyada NATO və Amerika üçün muzey açıldı
Bizi izləyin

Dünya

Rusiyada NATO və Amerika üçün muzey açıldı

Rusiyada NATO və Amerika üçün muzey açıldı

Şimali Osetiya respublikasının paytaxtı Vladiqafqazda yeni muzey açılıb.

“Axar.az“ xəbər verir ki, sözügedən məkan NATO və Amerikanın iştirak etdiyi hərbi münaqişələrdəki qurbanların xatirəsinə həsr edilib. Ekspozisiya Şimali Osetiyanın Milli Kitabxanasında açılıb. Müzeydə Vyetnamdan tutmuş İraq, Əfqanısatn, keçmiş Yuqoslaviya və digər məkanlardakı müharibələrdən maddi sübutlar yerləşdirilib. Qeyd edək ki, 16 yaşından kiçik gənclərin girişi qadağan olunub. “Bizim Osetiya” millətlərarası icmanın rəhbəri Vyaçeslav Laqukivevin sözlərinə görə, məqsədləri Rusiyada ilk dəfə açılan bu muzey vasitəsi ilə NATO-nun və Amerikanın günahsız insanları qətlə yetirməsini dünya ictimaiyyətinə göstərməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm