Şimali Koreya lideri əhaliyə ot və böcək yedirir
Bizi izləyin

Dünya

Şimali Koreya lideri əhaliyə ot və böcək yedirir

Şimali Koreya lideri əhaliyə ot və böcək yedirir

Şimali Koreyanın dövlət başçısı Kim Çen Inın ölkədə apardığı "islahatlar" dünya gündəmindən düşmür.

ANS PRESS-in xəbərinə görə, BMT-nin araşdırma komissiyalarından biri Şimali Koreyada insan hüquqlarının pozulması səbəbilə ölkə nümayəndələrinin Beynəlxalq Cinayət məhkəməsində mühakimə olunmasını istəyib.

Şimali Koreya BMT Təhlükəsizlik Şurasında tez-tez gündəmə gələn ölkələr arasında yer alıb. Lakin ölkə bu dəfə nüvə proqramı səbəbiylə deyil, insan hüquqları pozulmasına görə gündəmə gəlib.

Nyu Yorkdakı BMT Təhlükəsizlik Şurasında keçirilən yığıncaqda Şimali Koreyadakı insan haqqlarını araşdıran komissiya ölkədəki işçi düşərgələrində 80-120 minə yaxın siyasi məhbusun mövcudluğunu və ölkədəki aclığın təsəvvür edilə bilməyəcək dərəcədə olduğunu açıqlayıb. Komissiya buna görə də insan haqları pozuntuları səbəbiylə Şimali Koreya rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması tələb edilib.


Komissiya sədri Maykl Donald Kirbi BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışında dünyanın dördüncü böyük ordusuna sahib ölkənin döyüş təyyarələri satın aldığı halda, insanların ot və kiçik gəmiriciləri yemək məcburiyyətində qaldıqlarını vurğulayıb.

Qeyd edək ki, ölkədəki bütün sistemin Kim Çen Inın əlində olduğu bildirlərək, bütün günahların səbəbkarı kimi də məhz o göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm