Şəhər meri əsir götürüldü - FOTO
Bizi izləyin

Dünya

Şəhər meri əsir götürüldü - FOTO

Slavyansk separatçıları şəhərin meri Nelya Ştepi əsirlikdə saxladıqlarını təsdiq etdi.



Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.



"Bilirik ki, Nelya İqorevnaya qarşı cinayət işi açılıb, buna görə biz onu heç kimə verməmək qərarına gəlmişik. O bizdədir", - deyə separatçı lider Vyaçeslav Ponomaryov şəhər şurası yanında keçirilən mitinqdə bildirib.



"Onun vəziyyəti yaxşıdır. Dünən bir az böhran keçirmişdi. Mer bizim keçirdiyimiz əməliyyatdan sonra özünü bir az pis hiss edir. Bu səbəbdən də vəzifəsini yerinə yetirə bilmədiyi üçün istefa ərizəsi yazıb", - Ponomaryov sözlərinə əlavə edib.



Qeyd edək ki, aprelin 13-də Ali Radada deputat Aleksandr Briqineç Ştepin təhlükəsizlik xidmətinın antiterror əməliyyatı ilə əlaqədar şəhərdən qaçdığını açıqlamışdı./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm