Seperatçıların bir günə qazandıqları: İstənilən qədər araq və…
Bizi izləyin

Dünya

Seperatçıların bir günə qazandıqları: İstənilən qədər araq və…

Seperatçıların bir günə qazandıqları: İstənilən qədər araq və…

Ukraynanın şərqindəki rusmeylli silahlı qruplar Cenevre şəhərində ABŞ, Rusiya, Avropa İttifaqı və Ukrayna arasında əldə olunan razılaşmanı tanımır.

Publika.Az – ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, silahlılar tutduqları hökumət binalarını tərk etməyəcəklərini açıqlayıb.

Krımda ötən ay Rusiyaya birləşməsindən sonra Ukraynanın şərqindəki ən azı doqquz şəhər və qəsəbənin inzibati binaları Rusiya tərəfdarlı silahlı qruplar tərəfindən ələ keçirilib. Seperatçıların Rusiyadan gündəlik 50 dollar və istədikləri qədər spirtli içki aldığı iddia edilir. Cenevrədə əldə olunan razılaşmaya baxmayaraq, seperatçılar Donetskdəki ictimai binaları tərk etməyəcəklərini bildirib.

Qeyd edək ki, Ukraynanın Donetsk vilayətində “Donetsk Xalq Respublikası”nın yaradıldığını elan edən rusmeylli qüvvələr inzibati binaların azad olunması üçün şərtlərini açıqlayıb.

BBC-yə danışan seperatçılardan biri Aleksandr Qnezdilo Kiyevdəki Prezident Administrasiyası və Ali Radanın azad edilməli olduğunu bildirib. “Ukraynanın qeyri-legitim hakimiyyəti də bu binaları qanunsuz ələ keçirib”, - o, deyib. Eyni mövqeyi “Donetsk Xalq Respublikası”nın “baş naziri” Denis Puşilin də ifadə edib.

Donetsk vilayəti “xalq qoşunu”nun rəhbərlərindən olan Sergey Tsıplakovun RİA xəbər agentliyinə açıqlamasında səsləndirdiyi şərtlər isə bir qədər fərqlidir: “Silahdaşlarımız binaları azad etməyə və təslim olmağa hazırdır. Bunun üçün isə hakimiyyət siyasi dustaqları azad etməli, milliyətçi radikal “Sağ sektor” tərksilah edilməli və Ukraynanın ərazi quruluşunun dəyişdirilməsi ilə bağlı referendum təşkil edilməlidir”.

Cenevrə razılaşması və Rusiya prezidenti Vladimir Putinin xalqa müraciətindən sonra isə ölkədə “Qələbə Putinindir” səsləri eşidilməyə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm