Ermənilər Parisdə Türk Turizm Ofisinə hücum edib
Bizi izləyin

Dünya

Ermənilər Parisdə Türk Turizm Ofisinə hücum edib

Ermənilər Parisdə Türk Turizm Ofisinə hücum edib

Fransanın paytaxtı Parisdə yerləşən Türk Turizm Ofisinə bir qrup erməni hücum edib.

Publika.Az – ın “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, özlərini binanın girişinə zəncirləyən ermənilər binanın divarlarına qırmızı maddə səpib.

Ermənilərin Yeni Nəsil Erməni Dərnəyinin üzvləri olduğu bildirilir. Hadisə yerində olan Avropa Türk Demokratlar Birliyi üzvləri isə ermənilərin hərəkətinə fransız polisin müdaxilə etmədiyini bildirib. Avropa Türk Demokratlar Birliyinin başçısı Yalçın Şimşek hadisə yerində olan fransız polisinin təxminən 1,5 saat davam edən müdaxiləni kənardan müşahidə etdiyini deyib.

Ermənilərn Türkiyə əleyhinə çox çirkin şüarlar səsləndirdiklərini söyləyən Y.Şimşek “Heç olmasa şüarların dayandırılmasını istədik. Amma məni polisi təhrik etdiyi iddiası ilə nəzarətə aldılar” söyləyib.

Erməni xəbər saytı” Armenews” isə qırmısı maddənin qan olduğunu bildirib. Hücumda “Ermənilər üçün ədalət”, “100 il keçsə də əl çəkməyəcəyik”, “Günahkar türk dövləti” kimi şüarlar səsləndirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm