İranın sirli əyləncə gecələri - Foto
Bizi izləyin

Dünya

İranın sirli əyləncə gecələri - Foto

İranın sirli əyləncə gecələri-Foto

Tehran gecələri sakit və insansız olur. Lakin şəhərin zəngin hissəsində yerləşən bucaqlarının birində dörd divar arasında nə baş verdiyini heç kim bilmir. Adamsız Tehran bulvarının əks tərəfində həyat öz aktivliyi ilə tüğyan edir. Super Jordan baqqaliyyəsi yaxınlığında nəqliyyat sıxlığı yaranır, Porsche və Mercedes Benz-dən çıxan müştərilər mağazaya girmək üçün növbəyə düzülür. İranın sərt qanunlarına əsasən, bütün mağazaların gecə fəaliyyətinə qadağa olsa da, Super Jordan istisna təşkil edir.

Həftə sonları burada müasir saç düzümlü və sinəsi açıq bir sıra kişiləri görmək olur. Yanlarında isə dodaqlı iynə ilə şişirdilmiş və 6 santimetrlik hündür dabanlı qızlara rast gəlmək olur. Mağazanın interyeri gərgin abu-hava yaratdığından müştərilər göz kontaktından qaçır. Burada kimi siqaret çəkir, kiminin nəfəsi spirtli içki qoxusu verir.

Bir çox iranlılar spirtli içkidən evdə istifadə etsə də çox nadir hallarda onu tanımadığı insanın qarşısında istifadə edir.

Tehran bir sıra “gizli ərazilərin” evidir. Küçələrdə elə künc-bucaqlar var ki, dodağı boyalı, başında hicabla müştəri gözləyən qadınlar çox yayılıb və axşam saat 10-dan sonra küçədə duran hər bir qadın da fahişə ilə səhv salınır.

Varlı şəxslər isə əyləncə dolu həyatı öz villa və imarətlərində yaşayır. Onlar bar piştaxtası, DJ stolu qurub işıqları azaltmaqla evlərini gecə klubuna çevirir. Elə əyləncə axşamları var ki, iranlılar yeraltı musiqi qrupları ətrafında birləşib 1970-ci illərin rok musiqiləri dinləyir.

Çox vaxt isə dostlar və tanışlar gündəlik gərginlikdən qurtulmaq üçün yığışır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm