“Soyuq müharibə” ABŞ qaz lobbisi və silah sənayesi üçün lazımdır” – İddia
Bizi izləyin

Dünya

“Soyuq müharibə” ABŞ qaz lobbisi və silah sənayesi üçün lazımdır” – İddia

“Soyuq müharibə” ABŞ qaz lobbisi və silah sənayesi üçün lazımdır” – İddia

ABŞ prezidenti Barak Obama dünən verdiyi bəyanat dünyada müharibə anonsu kimi qiymətləndirildi.

“Bu mərhələdə heç bir şeydən əmin ola bilmərik. ABŞ və müttəfiqləri hər an hazırlıqlı olmalıdır" deyən Ağ Ev rəhbəri Ukraynada baş verən separatçılıq meyillərinin olmasında Rusiyanın əli olduğuna inandığını vurğulayıb.

Qərbin bəzi media orqanları isə heç də B.Obama kimi düşünmür. Məsələn, İspaniyanın “Rebelion” qəzeti ABŞ və onun Avropadakı müttəfiqlərinin Rusiyaya qarşı daimi provokasiyalarla çıxış etdiyini bildirir. Qəzet yazır ki, yeni “soyuq müharibə” Amerika qaz lobbisi və hərbi sənaye kompleksi üçün lazımdır. İspaniya nəşri hesab edir ki, yeni silahlanmaya bəraət qazandırmaq və kapital axının daim artımını təmin etmək üçün “soyuq müharibə” Amerikaya göydəndüşmə olardı.

Qəzet hesab edir ki, Qərb Ukraynada Balkan təcrübəsini tətbiq etmək və münaqişəni bütün Avrasiyaya yaymaq niyyətindədir. Amma “Rebelion” Qərbin hesablamalarının səhv ola və Qərb paytaxtlarının özlərinə qarşı çevrilə biləcəyi qeyd edir.

“Bu, gözlənilməz nəticələr doğura biləcək təhlükəli oyundur. Doğrudanmı, ABŞ və Avropa düşünməkdə davam edir ki, Rusiya bu gün Yuqoslaviyanın bombardman edildiyi dövrdəki Yelstsin Rusiyasıdır? Doğrudanmı, Qərb düşünür ki, Rusiya və onun müttəfiqləri növbəti hərbi münaqişəyə sakitcə baxaraq heç nə etməyəcəklər? Özünü sakit və praqmatik göstərən Rusiya prezidenti Vladimir Putin Qərbin bütün hiyləgərliyini anlayır”, - İspaniya nəşri bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm