• USD 1,8045 +0,99% EUR 1,9201 +1,26%
    • GBP 2,1795 +1,38% RUB 0,0302 +0,66%

Kreml mediaya ölkəni müharibəyə hazırlamaq əmri verib – İddia

  • Dünya
  • 21 Aprel 2014 14:40
  • 598 Baxış
Kreml mediaya ölkəni müharibəyə hazırlamaq əmri verib – İddia

İsveçrənin Cenevrə şəhərində aprelin 17-sində Ukrayna böhranı ilə bağlı keçirilən dördtərəfli danışıqlarda əldə olunan razılaşmanı müsbət hesab etmək olar. Ən əhəmiyyətlisi isə odur ki, Moskva Ukraynanın şərqində inzibati binaları tutan rusmeylli qüvvələri həmin binaları azad etməyə inandırmağı öhdəlik olaraq üzərinə götürüb. Lakin bu hələ baş verməyib.

Seperatçıların özləri də geri çəkilməyəcəyini bəyan edərək, Kiyev qarşısında qəbulolunmaz şərtlər qoyurlar. Aprelin 20-si gecəsi isə Slavyansk şəhərində iki qrup arasında atışma olub. ABŞ prezidenti Cenevrə razılaşmasından dərhal sonra Rusiyaya inanmadığını dilə gətirib.

Publika.Az – ın verdiyi verdiyi xəbərə görə, Litvanın “Geopolitika” nəşri “Rusiya hansı müharibəni aparır” başlıqlı yazıda Rusiyanın Ukrayna ilə vuruşduğunu qeyd edib.

Rusiyanın hərəkətlərini dəqiq kateqoriyalara ayırmağın mümkün olmadığını bildirən “Geopolitika” hesab edir ki, vəziyyət isti hərbi mərhələdə olmasa belə, real döyüş hərəkətləri həddindədir.

Qəzet yazır ki, Rusiya Krımı tutmaqla ilk növbədə 2008-ci il Gürcüstan ssenarisini reallaşdırmaq fikrində idi: “İlkin hədəf özlərini “Krımın özünümüdafiə gücləri” adlandıran qüvvələrlə Ukrayna hərbçilərini toqquşdurmaq idi. Daha sonra isə Kiyev hakimiyyəti vətəndaş müharibəsini alışdırdığına görə ittiham edilməli və yarımadaya Rusiya qoşunları daxil olmalı idi. Bundan başqa, yəqin ki, ölkənin cənubi-şərq hissəsinə də hərbi müdaxilə planlaşdırılırdı. Daha sonra isə danışıqlar stoluna oturaraq Qərbin vasitəçiliyi ilə hər hansı bir razılaşmanı imzalamaq və onu yerinə yetirməmək olardı. Amma Ukraynada gürcü ssenarisini reallaşdırmaq mümkün olmadı. Ukrayna rəhbərliyi və ordu provokasiyaya getmədi. Əlbəttə bu, Ukraynaya Krımı saxlamağa kömək etmədi, amma Rusiyanın planlaşdırdığı sonrakı təxribatlardan xilas etdi. Hərbi toqquşmalar olmadığı üçün Krımda referendum tarixi 30 Martdan 16 Mart tarixinə dəyişdirildi”.

Litva nəşri bununla belə Ukraynanın materik hissəsinin təhlükədən yan keçmədiyini bildirir:

“Sadəcə olaraq Moskva başqa ssenarini seçdi, ölkənin şərq regionlarında Krımın nümunəsi üzrə vəziyyəti gərginləşdirmək. Beləliklə Kreml göründüyü kimi, Ukrayna ərazisinin işğalının ikinci mərhələsinə hazırlaşır. Moskva dəstək qazanmaq üçün təbliğatın bütün vasitələrindən geniş istifadə edir. Rusiyanın “Levada” sorğu mərkəzinin keçirdiyi “sosioloji sorğu” da ictimai rəyin formalaşdırılmasına xidmət edir. Sorğunun nəticələrinə görə, Rusiya əhalisinin 73 faizi indiki Ukrayna hakimiyyəti qeyri-leqitim olduğuna inanır, 74 faizi isə Ukrayna ilə silahlı konflikt olacağı halda ölkə rəhbərliyini dəstəkləməyə hazırdır. Başqa sözlə, Rusiya cəmiyyəti müharibəyə mənəvi hazırdır və bu yerli təbliğatın xidmətinin nəticəsidir”.

Fransanın “Le Figaro” qəzeti də ölkə ictimaiyyətini Ukraynanın yeni hakimiyyətinə qarşı birləşdirmək üçün rəsmi təbliğatın genişləndiyini yazıb. Qəzet qeyd edir ki, Ukraynada hadisələrinin işıqlandırılmasında təcavüzkar millətçilərdən, qeyri-qanuni Ukrayna hakimiyyəti və qonşu ölkənin iqtisadi iflasından bəhs edilməsi ilə bağlı federal telekanallara “yuxarı”dan tapşırıq verilib.

Bunun əksini düşünənlər isə ictimai hücumlara məruz qalır. Politonline.ru saytı isə hətta “antirus” siyahını təqdim edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR