Suriyaya silah aparan 7 yük maşını saxlanıldı – Türkiyə
Bizi izləyin

Dünya

Suriyaya silah aparan 7 yük maşını saxlanıldı – Türkiyə

Baş Prokurorluğun rəhbərlik etdiyi əməliyyata 500 jandarma cəlb olunub

Baş Prokurorluğun rəhbərlik etdiyi əməliyyata 500 jandarma cəlb olunub

Yanvarın 19-da Türkiyə ordusunun jandarma qüvvələri Adana ərazisində Suriyaya silah və sursat aparmaqda şübhəli bilinən 3 TIR saxlayıb. “Radikal” qəzetinin yazdığına görə, jandarma qüvvələrinin Tarsus-Adana-Qaziantep magistralının Ceyhan hissəsində saxladığı yük maşınlarında axtarış aparıb.

Qəzetin məlumatına görə, 500 jandarma əsgərinin qatıldığı əməliyyat-axtarış tədbirləri çərçivəsində 3 sürücü, o cümlədən avtomobilləri çəkmək istəyən bir neçə jurnalist həbs olunub. Hərbçilərin məlumatına görə, TIR-lar silah və sursat yüklü olub. Ancaq əməliyyat bununla da bitməyib, hərbçilər şübhəli bilinən daha dörd TIR-ı da saxladaraq axtarış aparıb. Türkiyə Cümhuriyyət Prokurorluğunun təlimatı ilə aparılan əməliyyat zamanı ələ keçirilən silah və sursatın Suriyaya göndərildiyi iddia olunur.

“Radikal”ın məlumatına görə, avtomobillər Seyhan qəsəbə jandarm idarələrinə aparılıb. Qeyd edək ki, bundan bir qədər əvvəl Adanada bir TIR və iki avtobusda Suriyaya göndərildiyi iddia olunan silah və sursat ələ keçirilib. Hatayda isə bir TIR saxlanılaraq axtarış aparılsa da, yük maşınının kəşfiyyat xidmətinə məxsus olduğu əsas göstərilərək axtarışa mane olunmuşdu. Bu əməliyyata imza atan müstəntiq isə başqa yerə göndərilmişdi. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm