Dünya
Kreml: “Cenevrə razılaşması təhlükə qarşısındadır”
Aprelin 17-sində Ukrayna böhranı ilə bağlı Cenevrədə bir araya gələn ABŞ, Rusiya, Avropa İttifaqı və Ukrayna nümayəndələrinin əldə etdiyi razılaşma təhlükə qarşısındadır.
Publika.Az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın Cevevrə razılaşmasına əməl etmədiyini bildirib.
Xatırladaq ki, Cenevrə danışıqları zamanı tərəflər Ukraynada qanunsuz olaraq zəbt olunmuş dövlət binalarının mütləq azad olunması və qanuni sahiblərinə qaytarılması ilə bağlı razılıq əldə edib. ABŞ prezidenti Barak Obama isə Cenevrə razılaşmasından dərhal sonra Rusiyaya inanmadığını dilə gətirib.
Aprelin 20-si gecəsi isə Slavyansk şəhərində iki qrup arasında atışma olub. Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun nümayəndəsi Dmitri Tımçuk “Facebook” səhifəsində Donetsk vilayətinin Slavyansk şəhəri ətrafında insanların həlak olmasının “Donetsk Xalq Respublikası”nın provakasiyasının nəticəsi olduğunu yazıb.
O, qeyd edib ki, diversiyaların təşkili üçün bir gün əvvəl dörd avtomobil oğurlanıb. Hadisə yerində qalan atomobillərdə isə milliyyətçi “Sağ sektor” təşkilatına aid simvollar tapılıb. “Bizim məlumatlarımıza görə, bu diversiyalar Ukrayna ərazisinə hərbi müdaxiləyə şəraitin yaradılması üçün Rusiyanın hərbi-siyasi rəhbərliyinin hazırladığı ümumi plan çərçivəsində həyata keçirilib”, - Timçuk bildirib.
Moskva isə Cenevrə razılaşmasının həyata keçirilməməsinə görə, Kiyevi ittiham edir. Mozambik xarici işlər naziri ilə görüşən S.Lavrov Cenevrə razılaşmasının yerinə yetirilmədiyini, bunun günahkarı isə Kiyev hakimiyyətinin olduğunu deyib. Rusiya xarici işlər naziri milliyyətçi “Sağ sektor” təşkilatının faktiki olaraq mərkəzi və Qərbi Ukraynaya nəzarət etdiyini, cənubi-şərq regionlarına isə təsirini yaymağa çalışdığını söyləyib.
Ömər Dağlı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub