Dünya
Ərdoğanı kim əvəzləyəcək? – Dörd ad var
“Rəcəb Tayyib Ərdoğan AKP-nin namizədi olaraq Köşkə çıxarsa, baş nazirin müavinlərindən biri onu əvəzləyə bilər” .
Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) sədr köməkçisi Mehmet Ali Şahin prezident A.Gülün üç gün əvvəl verdiyi bəyanatı şərh edərkən deyib.
Qeyd edək ki, Türkiyə prezidenti A.Gülün üç gün əvvəl verdiyi bəyanat ölkə gündəminə yeni rəng qatıb. Dövlət başçısı hazırkı postdan getdikdən sonra siyasətlə məşğul olmayacağını deməklə, indiyə kimi səslənən bir sıra iddiaların üstündən xətt çəkib.
Səslənən iddialardan biri A.Gülün yenidən prezidentliyə namizəd olacağı, digəri isə baş nazir Rəcəb Tayyib Ərdoğanla yerini dəyişəcəyi ilə bağlı idi. A.Gülün son bəyanatından sonra isə AKP-nin prezidentliyə yeganə namizədinin Ərdoğan olacağı artıq şübhə doğurmur. Türkiyənin gündəmini hazırda məşğul edən əsas məsələ isə Ərdoğanın yerini kimin tutmasıdır.
AKP sədrinin köməkçisi bu məsələyə müəyyən qədər aydınlıq gətirib.
Qeyd edək ki, Bülent Arınç, Beşir Atalay, Ali Babacan və Emrullah İşlər baş nazirin müavinləridir.
Ömər Dağlı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO