Maydana 100 mindən çox insan toplaşıb - Polislə şiddətli toqquşma - VİDEO
Bizi izləyin

Dünya

Maydana 100 mindən çox insan toplaşıb - Polislə şiddətli toqquşma - VİDEO

Kiyevin Qruşevski küçəsində naməlum şəxslər avtobusu yandırıb. Milis meydana su vuran maşın gətirib. Ancaq 10-a yaxın adam maşının meydana girməsinə mane olmağa çalışır.

Kiyevin Qruşevski küçəsində naməlum şəxslər avtobusu yandırıb. Milis meydana su vuran maşın gətirib. Ancaq 10-a yaxın adam maşının meydana girməsinə mane olmağa çalışır.

Müxalifət polisi aksiyaçıların tərəfinə keçməyə çağırır. Milis aksiyaçılara qarşı səs qumbaraları və gözyaşardıcı qazdan isfifadə etməyə başlayıb. Ancaq bu da aksiyaçıları sakitləşdirmir. milisin hər hücumundan sonra bir qədər geri çəkilsələr də, sonradan yenidən hərəkətə keçirlər. Zərəçəkmişləri Maydanda olan həkimlər hadisə yerindən uzaqlaşdırırlar. Kiyev xəstəxanalarında isə həkimlər növbədənkənar işə çağırılıb. Bu arada milis aksiyaçılara qarşı su şırnaqlarından istifadə edib. Su birbaşa aksiyaçıların üstünə yox, onların başı üzərinə vurulur. Qaz hücumuna isə fasilə demək olar ki, verilmir. Toqquşmalarda 10-a yaxın milis işçisinin zədələndiyi deyilir. Onlar bəzilərinə meydanda yardım göstərilir, bir qismi isə xəstəxanaya aparılıb.

"Batkivşina" fraksiyasının lideri Arseniy Yatsenyuk müxalifətin toqquşmalarda iştirak etmədiyini deyib. "Ölkədə heç bir hakimiyyət bir insan həyatına dəyməz. Bu bizim planımız deyil. Biz planımızı Maydanda müəyyən etdik", - deyə müxalifət lideri qeyd edib.

***

Kiyevin Müstəqillik meydanında müxalifətin səkkizinci “Xalq yığıncağı” keçirilir. “Exo Moskvı” radiosu Maydana 100 mindən artıq insanın yığışdığını xəbər verib.
Müxalifət vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran qanunun qəbuluna görə ölkə parlamentinə və prezidentə etimadsızlıqla bağlı ümumukrayna referendumunun keçirilməsinə təşəbbüs göstərmək niyyətindədir.

Aksiya başlayandan bir qədər sonra Kiyevin mərkəzi küçələrinin birində müxalifətçilərlə iqtidaryönümlü fəallar üz-üzə gəlib. Ukrayna nəşrlərinin məlumatına görə, qarşıdurma təxminən 200 hökümət tərəfdarının yolu bağlamış etirazçılara hücum çəkməsindən sonra yaşanıb. Hökumət tərəfdarları barikadaların hərəkətə mane olduğunu bəhanə gətirərək müxalifətçilərin aksiyasını dağıtmağa çalışıb. Ancaq aksiyaçılar barikadaları daha da möhkəmlədərək, hökümət tərəfdarlarını ərazidən sıxışdırıb çıxarmağı bacarıblar. Gərginliyi aradan qaldırmaq məqsədilə müxalifət liderlərindən olan Oleq Tyanubok iqtidaryönümlü fəallarla danışıq aparıb. Tyanubok həmçinin əhalini təxribata uymamağa çağırıb: “Gəlin təxribata getməyək, çünki hökümətin elə istədiyi insanlar arasında ədavətin yaranmasıdır. Onlar qəzəbli insanların bir-birilə dalaşmasını, ölkədaxili münaqişənin yaranmasını istəyir”.

UDAR Partiyasının lideri Vitali Kliçko isə Kiyevin Müstəqillik meydanına toplaşmış kütlə qarşısında çıxış edib və müxalifətin yeni qərarını açıqlayıb. Kliçko müxalifətin Ukraynada növbədənkənar prezident seçkiləri marafonunun başlandığını elan edir. Müxalifət lideri bildirib ki, seçkilərin şəffaf və ədalətli keçməyini təmin etmək üçün Mərkəzi Seçki Komissiyasının tərkibini yeniləmək lazımdır. O, həmçinin hərbçilərə müraciət edərək onları etirazçı xalqın tərəfinə keçməyə çağırıb. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm