Jirinovski: “Napaleon mənim babamdır...”
Bizi izləyin

Dünya

Jirinovski: “Napaleon mənim babamdır...”

Rusiya prezidenti yanında müşavirədə Jrinovski Putinə deyib:

“Mən öyrəndim ki, mənim Napoleon və Eynşteynlə ümumi köklərim var”. Jrinovski bu zaman ABŞ laboratoriyasında aparılmış analizə əsaslanıb. O, vurğulayıb ki, düzdür, Napoleon və Eynşteyn onun bilavasitə babaları deyillər, ancaq onun həmin tarixi şəxslərlə ümumi kökləri var.

Jrinovski çıxışını qurtaranda Putin deyib ki, “yaxşı ki, Sizin axırınız Napoleon kimi olmayıb”.

Jrinovskidən sonra tribunaya kommunistlərin lideri Züqanov çıxanda Putin soruşub ki, “bəs Sizin kökləriniz nədir?”

Züqanov cavab verib ki, onun babaları kəndli olub. “Zuqanovka” taxıl cinsidir. Mən kəndlilərə daha yaxınam, nəinki Napoleona” - deyə Rusiya kommunistlərinin lideri bildirib.

Azadliq.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm