Səudiyyə Ərəbistanından təhlükəli virus yayılır
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanından təhlükəli virus yayılır

Səudiyyə Ərəbistanında son 6 gündə MERS epidemiyasına yoluxanların sayı 49-a çatıb.



Artıq 3 nəfər bu xəstəlikdən dünyasını dəyişib. İlk dəfə 2012-cü ilin sentyabrında aşkralanan virus Səudiyyə Ərəbistan olmaqla bəzi Orta Şərq ölkələrini də əhatə edir.



Xəstəlik ağciyərin və bağırsaqların fəaliyyətini pozur, immunitet sistemini çökdürür. Virus uzun müddət yaxın ünsiyyətdə olan insanlara yoluxa bilir.



Epidemiyaya qarşı hələ ki, heç bir qoruyucu iynə və antbiotik tapılmayıb.



Səudiyyə rəsmiləri bu ilin sentyabr ayında baş tutacaq Həcc ziyarəti ilə bağlı zəvvarlara xəbərdarlıq edərək onları ehtiyatlı olmağa çağırıb.



Qeyd edək ki, bu il Azərbaycanlı zəvvarların Həcc səfəri sentyabrın 23-dən başlayacaq. Builki ziyarət üçün Azərbaycana kvota 3600 nəfər müəyyənləşdirilib./AzVision.az


Oxumağa davam et
Reklam
Reklam

Gündəm