Əl-Sisinin prezident seçkilərində bir rəqibi olacaq
Bizi izləyin

Dünya

Əl-Sisinin prezident seçkilərində bir rəqibi olacaq

Əl-Sisinin prezident seçkilərində bir rəqibi olacaq

Misirdə 26-27 May tarixlərində prezident seçkiləri keçiriləcək. Prezidentliyə namizədlik üçün müəyyən olunan müraciət müddəti isə başa çatdı.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Misir ordusuun rəhbəri, feldmarşal Əbdül Fəttah əl-Sisi və Hamdin Sabbahi prezident postu uğrunda mübarizə aparacaq.

Misir ordusunun dəstəklədiyi müvəqqəti hökumət keçmiş prezident Məhəmməd Mursinin təmsil olunduğu “Müsəlman Qardaşlar” hərəkatının fəaliyyətinə qadağa qoymaqla onun seçkilərə namizəd çıxarmasının da qarşısını alıb. Ötən ilin 3 İyul hərbi çevrilişi nəticəsində Məhəmməd Mursi iqtidarını devirən Əbdül Fəttah əl-Sisi prezident postuna əsas namizəd sayılır.

Sol cəbhənin dəstəklədiyi Hamdin Sabbahi Məhəmməd Mursinin qalib gəldiyi 2012-ci il seçkilərində üçüncü yeri tutmuşdu. Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri Məhəmməd əl-Baradeinin rəhbər olduğu “AI-Düstur” partiyasının dəstəyini alan Sabbahinin prezidentliyə namizədliyi üçün 31 min 555 imza toplanılıb. Sisinin topladığı imzaları sayı isə 188 min 930 olub.

Prezidentli namizədlərin seçki kampaniyası isə 2-23 May tarixlərində keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm