Krım tatarlarının liderinə 2019-cu ilə kimi qadağa qoyuldu
Bizi izləyin

Dünya

Krım tatarlarının liderinə 2019-cu ilə kimi qadağa qoyuldu

Krım tatarlarının liderinə 2019-cu ilə kimi qadağa qoyuldu

Krım tatarlarının lideri, Ukrayna Ali Radanın deputatı Mustafa Cəmilovun 2019-cu il 19 Aprel tarixinə qədər Krıma girişi qadağan edilib.

Publika.Az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında M.Cəmilov Krım Tatar Məclisinin sədr müavini Ömər Kırımla birlikdə Krımdan deportasiya olunub.

Ona Ukrayna ilə Krımın inzibati sərhədində “Rusiya Federasiyasına girişin qadağan olunması haqqında xəbərdarlıq Aktı” verilib. Ona təqdim olunan sənəddə qeyd olunub ki, bu addım ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyinin təminatı, ictimai asayişin qorunması məqsədilə atılıb.

M.Cəmilovun sözlərinə görə, Krımın ərazisinə giriş həmçinin bir çox nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və diplomatlarına da qadağan edilib. O, qadağaya baxmayaraq, Krıma gələcəyini bildirib.

Qeyd edək ki, Krım tatarlarının lideri hazırda Ukrayna vətəndaşı sayılır. Ukrayna və ya Rusiya vətəndaşlığını seçmək üçün krımlılara verilən müddət isə 18 Aprel tarixində başa çatıb.

M.Cəmilov açıqlamasında bildirmişdi k, Rusiya vətəndaşlığını seçməyən krımlılar kütləvi şəkildə işdən çıxarılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm