Misirdə yük maşını sərnişin avtobusu ilə toqquşub: 19 ölü
Bizi izləyin

Dünya

Misirdə yük maşını sərnişin avtobusu ilə toqquşub: 19 ölü

Misirin cənub hissəsində şəhərlərarası avtomobil yolda yük maşını avtobusla toqquşub, 19 nəfər, o cümlədən beş qadın və üç uşaq ölüb. Bu barədə Assoşieyted Press agentliyi bazar ertəsinə keçən gecə məlumat verir.

Agentliyin məlumatına görə, toqquşma Luksor şəhərindən 100 kilometr cənubda yerləşən Edfu şəhəri yaxınlığında baş verib. Avtobus Qahirə istiqamətində gedib.

Ümumdünya səhiyyə təşkilatının rəsmi məlumatlarına görə, Misir yollarında baş vermiş yol-nəqliyyat hadisələrində təxminən hər il 12 min nəfər həlak olur. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm