“Ukraynalılar ölkəsini Rusiyanın hərbi təcavüzündən müdafiə etməyə hazırdır” - Xəbərdarlıq
Bizi izləyin

Dünya

“Ukraynalılar ölkəsini Rusiyanın hərbi təcavüzündən müdafiə etməyə hazırdır” - Xəbərdarlıq

“Ukraynalılar ölkəsini Rusiyanın hərbi təcavüzündən müdafiə etməyə hazırdır”- Xəbərdarlıq

“Rusiya Federasiyası və onun Ukraynada olan terrorçu bölmələri Cenevrə razılaşmasını yerinə yetirməyə hazırlaşmırlar”.

Publika.Az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı, Ali Radanın sədri Aleksandr Turçinov ABŞ-ın vitse-prezidenti Cozef Bayden ilə görüşündə ölkənin şərqindəki son vəziyyəti dəyərləndirərkən deyib.

Ali Rada sədri bu şəraitdə Ukrayna hakimiyyətinin adekvat addımlar atacağını deyib. O, qeyd edib ki, seperatçılar inzibati binaların azad edilməsi əvəzinə Kramatorsk şəhər milis bölməsini yenidən tutaraq milis rəisini girov götürüblər. A.Turçinov bununla da Cenevrədə əldə olunan bütün razılaşmaların üstündən xətt çəkildiyini söyləyib.

Ali Rada sədri ölkə əhalisinin böyük əksəriyyətinin regionların hüquqlarının genişlənilməsi nəzərə alınmaqla vahid, bölünməz, unitary və demokratik Ukraynanı dəstəklədiyini bildirb. “Ukraynalılar öz ölkəsini Rusiya Federasiyasının hərbi təcavüzündən müdafiə etməyə hazırdır”, - o, qeyd edib.

Öz növbəsində ABŞ-ın vitse-prezidenti ölkəsinin Ukraynadakı dəyişiklikləri dəstəklədiyini və bu yolda hər cür kömək etməyə hazır olduğlarını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm