Obamanın şərqə səfəri nüvə sınağına səbəb ola bilər
Bizi izləyin

Dünya

Obamanın şərqə səfəri nüvə sınağına səbəb ola bilər

Cənubi Koreya ABŞ prezidenti Barak Obamanın bölgəyə səfəri öncəsi Şimali Koreyada yerləşən "Punggye-ri" nüvə stansiyasında qeyri-adi bir hərəkətliyin müşahidə edildiyini bildirib.

Cənubi Koreya ABŞ prezidenti Barak Obamanın bölgəyə səfəri öncəsi Şimali Koreyada yerləşən "Punggye-ri" nüvə stansiyasında qeyri-adi bir hərəkətliyin müşahidə edildiyini bildirib.

C. Koreya Müdafiə Nazirliyi sözçüsü Pyonqyanq Ş. Koreyanın nüvə sınağına hazırlıq gördüyünü, ya da belə bir təəssürat yaratmağa çalışdıqlarını deyib.

Şimali Koreya bundan əvvəl üç dəfə nüvə sınağı keçirmişdi. Son olaraq 2013-cü ilin fevralında nüvə sınağı keçirməsi aylarla Koreya yarımadasında gərginliyin artmasına səbəb olmuşdu. BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə sınaqları və raket sınaqları etməsini qadağan edən qərarı da var.

Qeyd edək ki, Barak Obama 23-29 aprel tarixində Yaponiya, Cənubi Koreya, Malaziya və Filippini ziyarət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm