NATO Baltik dənizində hərbi manevrlərə başladı
Bizi izləyin

Dünya

NATO Baltik dənizində hərbi manevrlərə başladı

Şimalı Atlantik Alyansının (NATO) 5 gəmisi Almaniyanın Kilya limanından çıxaraq hərbi manevrlərə başlayıb.

Şimalı Atlantik Alyansının (NATO) 5 gəmisi Almaniyanın Kilya limanından çıxaraq hərbi manevrlərə başlayıb.

Bu barədə NATO-nun dəniz əməliyyatları qərargahının rəis müavini Ariana Minderxuda bildirib. Onun sözlərinə görə, əsas məqsəd Baltikyanı ölkələrin təhlükəsizliyinin təminatına töhfə verməkdir:

”Niderland, Estoniya, Belçika, Norveç gəmiləri beynəlxalq sularda müəyyən tapşırıqlar yerinə yetirməli, Baltikyanı ölkələrin limanlarına girməlidirlər”.

Xatırladaq ki, hələ bir müddət öncə NATO rəsmiləri bu təlimlərin müdafiə xarakteri daşıdığını vurğulamışdılar. Qurum Şurasının aprelin 16-da Brüsseldə keçirilən iclasında qərara alınmışdı ki, Ukrayna hadisələri ilə əlaqədar Şərqi Avropa ölkələrinin təhlükəsizliyinin qorunması istiqamətində müəyyən addımlar atılsın. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm