• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“ABŞ gəmiləri bir yaylım atəşi ilə batırıla bilər” - Xəbərdarlıq

  • Dünya
  • 23 Aprel 2014 11:47
  • 619 Baxış
“ABŞ gəmiləri  bir yaylım atəşi ilə batırıla bilər” -  Xəbərdarlıq

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus USS Taylor freqatı Qara dənizə daxil olub.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin informasiya xidməti bildirib.

Mediaya açıqlanan məlumata görə, hərbi gəminin missiyası “regionda sülh və sabitliyin saxlanılmasından” ibarətdir.

Qeyd edək ki, Rusiya Ankaranı Montrö Konvensiyasını pozmaqda ittiham edən bir neçə nota verib. Bu notalarda bildirilir ki, NATO ölkələrinə məxsus gəmilər Qara dəniz sularında bu konvensiyada göstərilən müddətdən çox qalmaqla beynəlxalq qanunları pozublar. USS Taylor freqatı bundan əvvəl də Qara dənizdə olmuş və buranı gecikmə ilə tərk etmişdi. Rusiya tərəfinin notasında deyilirdi ki, ABŞ-a məxsus USS Taylor freqatı Qara dənizdə icazəli müddətdən 11 gün çox qalıb və Ankara bu barədə Moskvanı xəbərdar etməyib.

Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov Türkiyəni ittiham etmişdi ki, Ankara Qara dənizdə 21 gündən artıq qalaraq konvensiyanı pozan ABŞ hərbi gəmilərinə göz yumur.

1936-cı ildə imzalanmış və Türkiyəyə Bosfor və Dardanel boğazları üzərində tam nəzarət hüququ verən Montrö Konvensiyası Qara dənizdə sahilləri olmayan ölkələrin hərbi gəmiləri üçün xüsusi rejim nəzərdə tutur.

Konvensiyaya görə, sahilyanı olmayan ölkələrin hərbi gəmiləri Qara dənizdə 21 gün müddətindən çox qala bilməz.

Donanmaya Dəstək Ümumrusiya Hərəkatının sədri Mixail Nenaşev hesab edir ki, ABŞ Rusiyanın əsəbləri ilə oynayır. Onun fikrincə, Vaşinqtonun məqsədi Polşadakı antirust qüvvələrə, eyni zamanda Rumıniya və Ukraynaya dəstəyini nümayiş etdirməkdir. O, Rusiyanın Qara dəniz donanmasının istənilən müdaxiləni dəf etmək gücündə olduğunu deyib.

“Regionda hadisələr qorxunc ssenari üzrə inkişaf edərsə, ABŞ-ın bu gəmiləri sadəcə bir yaylım atəşi ilə batırıla bilər. Onlara nə “Tomaqavk”, nə də nə də başqa raket kömək etməyəcək”, - M.Nenaşev qeyd edib.

Onun sözlərinə görə, ən vacib sual ABŞ gəmilərinin öz sahillərindən beş min mil uzaqlıqda nə etməsidir: “Çox maraqlıdır, Rusiya hərbi gəmiləri Meksika körfəzinə hərbi təlimlər keçirərsə və raketdən müdafiə sistemi qurarsa, ABŞ-ın reaksiyası necə olacaq?”

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR