Dünya
Əməliyyatdan çıxan Çinli qadınlar ölkəsinə buraxılmır - Foto
Beynəlxalq Estetik Plastik Cərrahlar Cəmiyyətinə əsasən, Cənubi Koreya adambaşına düşən estetik əməliyyatların sayına görə dünyada birinci yeri tutur. Hər 77 nəfərdən biri cərrah bıçağı altına uzanıb xarici görkəmini dəyişir.
Cənubi Koreyada xarici görkəmini tamamilə dəyişənlər arasında xaricilər də var və onlar geriyə, vətənlərinə dönərkən pasport nəzarət xidmətində tez-tez bir sıra problemlərlə qarşılaşır.
Koreya saytlarından bildirilir ki, bəzi xəstəxanalar pasientlərin evə dönüşünü təmin etmək üçün “plastik əməliyyat sertifikatı” verir. Bu sertifikatlarda şəxsin pasport nömrəsi, yatdığı xəstəxana və Cənubi Koreyada qalma müddəti göstərilir. Yalnız bundan sonra xaricilər öz ölkələrinə keçə bilir.
2009-cu ildə düz 23 çinli qadın əməliyyatdan sonra çətinliklə Cənubi Koreyadan Çinə keçməyə nail olub.
Büsbütün əməliyyat etdirən xanımlar burunlarını qaldırır, gözlərini böyüdür, çənələrini sivri formaya salır və nəticədə pasportlarında olan həqiqi simaları ilə uyğun gəlmədiyindən sərhəd keçid məntəqələrində problemlə üzləşir. Yalnız tam araşdırıldıqdan sonra vətənə dönən qızlara pasportlarını dəyişmək tövsiyə olunur.
Cənubi Koreyada estetik əməliyyat dəb halını aldığına görə bir sıra qızlar məşhurlara oxşamaq üçün əməliyyata razı olur.
Camalə
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!